Azerbaijan English
Qurumun adı:
SUP Akselerator Proqramı
İstiqamətlər:
SUP startapların ilkin mərhələsində təhsil, təcrübə paylaşımı, maliyələşmə, texniki və marketinq dəstəyi kimi bir sıra xidmətləri təqdim edir
Təsvir:

SUP Azərbaycanda startapların fəaliyyətini sürətləndirmək məqsədi ilə həyata keçirilən akselerator proqramıdır.

SUP 2015-ci ildə fəaliyyətə başlayıb.

Proqramın əsas məqsədi startapların həm ölkə həm də ölkə xaricində böyüməsinə təkan verməkdir. SUP startapların ilkin mərhələsində təhsil, təcrübə paylaşımı, maliyələşmə, texniki və marketinq dəstəyi kimi bir sıra xidmətləri təqdim edir.

Sup özünü daha çox beynəlxalq startap ekosisteminə yaxşı bələd olması və inteqrasiya olması ilə fərqləndirməyə çalışır. Proqram zamanı beynəlxalq mentorlarla yanaşı yerli uğurlu sahibkar və biznesmenlər də öz təcrübə,  tövsiyyələrini startaplarla paylaşır. 

3 aylıq proqram ərzində startaplardan öz məhsullarını işlək vəziyyətə gətirib, kiçik də olsa,  müəyyən dövriyyəni əldə etmələri tələb olunur. 3 ayın sonunda startaplar və potensial investorlarla görüşün təşkil edildiyi Demo Day keçirilir. SUP yerli startaplar üçün bir növ qaynayan qazan, təcrübələrin, biliklərin və ideyaların məcazi mənada bərabər bişdiyi və qaynadığı bir məkandır. 

SUP akselerator proqramı ATL və Khazar Ventures şirkəti tərəfindən yaradılıb.

Əlaqə:
Əhməd Rəcəbli küç. 153 Bakı, Azərbaycan
Veb:
İsmarıc göndər