Azerbaijan English

Texnologiya nəhəngi Türkiyədə olub-Foto

Dünyanın texnologiya sahəsində ən məşhur adlardan biri də Elon Musk-dur.

Belə ki, Musk alternativ və bərpa olunan enerji, sürücüsüz avtomobil deyəndə ağıla ilk gələn adlardandır.

O, Tesla və Space X şirkətinin qurucusudur. 

Elon Musk noyabrın 8-də Türkiyəyə səhayət edib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Elon Musk-u qəbul edib.

Elon Musk ilə olan görüşün detallarını paylaşan prezident aparatının sözçüsü İbrahim Kalın Elon Musk-un “Turksat 5A-5B” peyklərinin kosmosa göndərilməsi üçün ölkəyə gəldiyini deyib.

O, Türksat peyklərinin buraxılması ilə əlaqədar Airbus ilə razılaşdıqlarını qeyd edib.

Kalin bu razılaşmanın təchizatçılarından birinin də Elon Musk-a məxsus SpaceX şirkətinin olduğunu deyib.

Görüşdə həmçinin sürücüsüz avtomobillər, bərpa olunan enerji, Tesla və SpaceX şirkətləri ilə bağlı bəzi məsələlər müzakirə edilib.

 

Startup.az
Tanınmış iş adamı Bakıya gəlir

Türkiyənin tanınmış iş adamı, yazar Ataman Özbay Bakıya gəlir.

Xeberler.az-ın məlumatına görə, mayın 9-da A. Özbay...

19 Apr 2018
Azərbaycanlı startap Seedstars-ın finalında

Azercell Telekom və PAŞA Bankın  dəstəyi ilə fəaliyyət göstərən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin...

17 Apr 2018