Azerbaijan English

Məşhur müğənni öz İT şirkətini qurub

Son vaxtlar dünyada bütün sahələrin startap dünyasına marağı müşahidə edilir.

Belə ki, bir çox tanınmışlar, müxtəlif sahələrdə olan iş adamları texnoloji layihələrlə yaxından maraqlanır, onlara yatırım edir, gələcək inkişafına dəstək verir.

Müğənnilərin bu sahəyə ciddi marağı isə xüsusi diqqət çəkir.

Məsələn, gənclərin heyranlıqla izlədiyi Justin Timberlake-ın onlayn bir reklam şirkətinə satılan Myspace-ə etdiyi yatırım, Lady Gaga-nın texnologiyaya bağlı olması ən çox müzakirə edilən mövzulardandır. Belə ki, Lady Gaga pulunu İT sahəsinə yatırır. O, musiqi və idman dünyasından azarkeşləri, məşhurları bir araya gətirən Backplane adlı sosial şəbəkənin ortağıdır. Sənətçi bundan başqa çox sayda startapa yatırım edir.

Türkiyədə də son dövrlər müğənnilərin, sənətçilərin təşəbbüskarlıq, İT biznes ilə yaxından maraqlandığını müşahidə edirik. Cem Yılmaz, Tuba Büyüküstün, Mustafa Sandal həmin adlar sırasınadır.

Hazırda Türkiyədə 7-ci dəfədir ki, “Gələcəyin Gücü Təşəbbüskarlar Forumu” (G3 Forum) keçirilir.

Forumda 1500 startapçı, bu sahəyə başlamaq istəyən çox sayda iştirakçı və iş adamları iştirak edir.

Qeyd edək ki, foruma Business Talk şirkətinin təşkilatçılığı ilə Azərbaycandan da nümayəndə heyəti də qatılıb.

Xeberler.az-ın məlumatına görə, Cem Yılmaz və Mustafa Sandal da forumda spiker qisimində çıxış edib.

Mustafa Sandal çıxşı zamanı startap sahəsinə gəlməyi və bu sahənin onun üçün olduqca maraqlı olduğunu iştirakçılarlarla bölüşüb:

“Ötən il təşəbbüskarlıq sahəsinə ilk addımlarımı atdım. Düzdür, ilk vaxtlar bu sahə mənə yad gəlirdi. Amma belə bir xüsusiyyətim var ki, hansı işə daxil oluramsa, o işi mütləq dərindən öyənib, mövzuya bələd olmağa çalışıram. Bu dünyaya daxil olan kimi, startap sektorunda baş verənləri izləyib, özüm üçün təhil etdim ki, mövzu barədə danışanda məlumatım olsun. Daha sonra hansı məqamda necə qərar vermək, prespketivi necə inkişaf etdirmək, səhvləri müşahidə edib, oradan nə öyrənə bilərik kimi məqamları təhil edərkən baxdım ki, artıq işin içindəyəm (gülür)”.

Məşhur müğənni deyib ki, ideyaya yaxşı bir melodiya ilə qarşılaşırmış kimi yanaşır:

“20 ildən çoxdur musiqi sahəsi ilə məşğulam. Çalışıram bu sahədəki təcrübəmi startap eksosistemində də tətbiq edim. Məsələn, hər hansı yeni ideyaya çox gözəl bir melodiya ilə qarşılaşmışam kimi yanaşıram. Sadəcə bu musiqini auditoriyaya təqdim etmək üçün aranjman etmək lazımdır ki, özünü daha yaxşı ifadə etsin. Eynilə startap sahəsi də belədir. Düşündüyün ideyanı insanlara təqdim etmək üçün ən yaxşı formada stratergiya hazırlamalısan. İnsanlar, yatırımçılar sizin işinizə həqiqətən də ürəkdən inanmalıdır. Bu sahəyə gələndə də onu anladım ki, indiyə qədərki təcrübə və netvörkinq imkanlarımı burada tətbiq edərək, uğurlu işlərə imza ata bilərik”.

Mustafa Sandal hər gün sürətlə inkişaf edən rəqəmsal dünyanın bir qolunda fəaliyət göstərərək, uğurlu layihələr həyata keçirmək niyyətindəndir.

Onun çıxışında və etdiyi yatırımlarda daha çox mobil sahəyə maraq göstərdiyi müşahidə edilir.

“Mobil sahəsində reklamlar, onların işləmə mexanizmi diqqətimi cəlb edirdi. Düşünürdüm ki, mobildə reklamlar həmişə belə davam etməyəcək. Elə bu məqamda RingPara adlı bir ideyanı mənimlə paylaşdılar. Həmin vaxt ideyanın ilkin versiyası hazırlanırdı. Fikiri bəyəndim və layihəyə daxil oldum. Bu  tətbiq mobil sahəsində  fərqli reklam modeli təqdim edir. RingPara reklam verən ilə son istifadəçini birləşdirir. Burada  Big Data-dan faydalı istifadə yer alıb. Dünyanın 6 ölkəsində istifadəyə verməyə planladığımız tətbiqin 20 gündən sonra təqdimat mərasimi keçiriləcək. Türkiyədən sonra Misirdə layihənin tətbiqi başlayacaq”.

Onun sözlərinə görə, RingPara-nın təqdimatı ilə bağlı dünya markası ilə əməkdaşlıq edirlər.

Sandal xüsusilə vurğulayıb ki, bu sahəyə gəlməkdə məqsədi böyük gəlirlər götürmək deyil:

“Fikrim yoxdur ki, peşəmdən əldə etdiyim gəliri 50 startapa yatırım və onlardan böyük gəlirlər götürüm. Əksinə, hansı komandaya daxil olacam,  hansı startapa faydam, təsirim böyük olacaq kimi məsələlər, yəni komada mənə maraqlıdır”.

Bu sektorda da fəaliyyətinə davam edəcəyini deyən M. Sandal proqramçılardan ibarət öz şirkətini qurub:

“İşin kontent tərəfi də çox vacibdir. Düşündük ki, artıq bu sahəyə gəldik, işin mətbəxi də bizdə olsun. Bu, çox önəmlidir. Mətbəx Sizdə olmayanda çətinliklər çox olur. Məsələn, tətbiqdə anında nələrisə dəyişmək və daha yaradıcı nələrsə hazırlamaq, dizaynlar etmək istəyirsiniz, bu zaman proqramçıların yardımına ehtiyac duyulur. Bu işləri də operativ etmək üçün kadrlarınız olmalıdır. Hazırda komandamızda çox bacarıqlı mütəxəssislər var”.

M. Sandal Jestiniyap, RingPara, Manibux kimi startaplara yatırım edib.  

 

2017-ci ildə batan startaplar-Siyahı

 

Bəzi startaplar çox böyük miqdarda investisiya alsa da, 2017-ci il onlar üçün uğrlu olmadı. Belə ki, həmin startaplar bu il...

11 Dec 2017
Gürcüstanla startap sahəsində memorandum imzalanıb

Bakıda keçirilən Bakutel - 2017 beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində Nəqliyyat,...

07 Dec 2017