Azerbaijan English

GİST-də iştirak edən 15 yaşlı həmyerlimizə dəstək lazımdır

Bu il Qlobal Sahibkarlıq Sammiti noyabrın 28-30 tarixlərində Donald Trump-ın qızı İvanka Trump-ın iştirakı ilə Hindistanda baş tutacaq.

Xeberler.az-ın məlumatına görə, sammit Hindistanın Heydərabad şəhərində keçiriləcək. 

“İlk növbədə qadınlar, tərəqqi hamı ücün" şüarı altında olacaq  sammitdə qadın sahibkarların dəstəklənməsi və iqtisadi artımın dünya səviyyəsində saxlanması müzakirə ediləcək.

Qeyd edək ki, hər il keçirilən sammitə Azərbaycadan da sahibkarlar və startapçılar qatılır.

Belə ki, bu il ölkəmizi bu Sammitdə Gənclik İstək liseyinin 9-cu sinif şagirdi, 15 yaşlı Reyhan Camalova təmsil edəcək.

Reyhan Camalova tədbirə öz “Rainergy” startapı ilə qatılır.

Həm Qlobal Sahibkarlıq Sammiti, həm də "Rainergy” startapı ilə bağlı R.Camalova ilə ətraflı söhbət etdik.

Onun sözlərinə görə, hazırda dünyada alternativ enerji mənbələrindən istifadə geniş yayılıb. Elə sözügedən” Rainergy”cihazı da alternativ enerji mənbəyi olaraq yağışdan elektrik enerjisi alır, yağışlı bölgələrdə yaşayan insanların enerji tələbatlarını ödəyir:

“Bu cihazın işləmə prinsipi hidroelektrik stansiyaların işləmə prinsipinə bənzərdir və buradan alınan enerji akkumlyatorda toplanır ki, daha sonra insanlar bu enerjidən ehtiyacları olduqları zaman istifadə etsin. Həmçinin, bu cihaz küçə lampalarının və reklamların gecələr işıqlandırılmasında istifadə oluna bilər”.

Qeyd edək ki, Sammit çərçivəsində startaplar üçün GİST müsabiqəsi də təşkil edilir.

Reyhan Camalova da layihəsi ilə bu müsabiqədə iştirak edir:

“Hazırda layihə Qlobal Sahibkarlıq Sammmitinin tərkibində keçiriləcək “GİST catalyst pitch”müsabiqəsində iştirak edir və yarımfinala çıxmaq üçün ictimai səsverməyə ehtiyacı var. İctimai səsvermə noyabr ayının 24-nə qədər keçiriləcək. Qeydiyyatdan keçmiş 66 layihədən 32-si yarımfinala çıxmaq hüququ qazanacaq. Səs vermək istəyən hər bir şəxs bu linkə daxil olub,özlərinə hesab açaraq, siyahıda “Rainergy” layihəsini seçib, gündə bir dəfə səs verə bilər".

Onu da qeyd edək ki, “Rainergy” layihəsi Climatelaunchpad-in Azərbaycan finalında “Tamaşaçıların ən sevimli startap” ı mükafatını qazanıb.

Bundan öncə GİST-də ölkəmizi Rəşid Əliyev və Leyla Tağızadə öz startapları ilə təmsil edib.

2017-ci ildə batan startaplar-Siyahı

 

Bəzi startaplar çox böyük miqdarda investisiya alsa da, 2017-ci il onlar üçün uğrlu olmadı. Belə ki, həmin startaplar bu il...

11 Dec 2017
Gürcüstanla startap sahəsində memorandum imzalanıb

Bakıda keçirilən Bakutel - 2017 beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində Nəqliyyat,...

07 Dec 2017