Azerbaijan English

3D oyunlarla bağlı təlimlər başladı

“Hackathon Azerbaijan” layihəsi çərçivəsində həyata keçirilən Game Jam müsabiqəsinin qeydiyyat mərhələsi yekunlaşıb.

Xeberler.az-ın məlumatına görə, müsabiqədə iştirak üçün 53 komanda müraciət edib.

Təşkilat Komitəsi tərəfindən seçim zamanı isə bu komandalardan 42-i yarışda mübarizə aparmaq və müsabiqə çərçivəsində keçiriləcək təlimlərdə iştirak hüququ qazanıb.

Bundan əlavə, müsabiqə çərçivəsində nəzərdə tutulan təlimlər də böyük maraqla qarşılanıb.

Belə ki, noyabrın 25-də başlayacaq təlimlərdə iştirakçılara ideyadan məhsula aparan yol, 3D oyun proqramlaşdırılması, Unity 3D, kompüter qrafikasına giriş, oyun sənayesinin riyazi əsasları, 3D texnologiyaları, oyun proqramlaşdırılmasından gəlir əldə edilməsi yolları və s. mövzular tədris olunacaq.

Təlimlər müsabiqənin partnyorlarından olan Qərbi Kaspi Universitetində tədris olunacaq.

Qeyd edək ki, “IDRAK” Texnoloji Transfer şirkətinin baş sponsorluğu ilə keçirilən Game Jam müsabiqəsinin mövzusu isə 3D oyunlar, 3D simulasiya və kompüter qrafikasıdır.

Müsabiqənin keçirilməsində məqsəd bu sahədə kadr potensialının artırılması, müvafiq sahədə potensial proqramçıların üzə çıxarılmasıdır.

2018-ci ilin yanvar ayının əvvəllərində isə qaliblərin seçimi və final mərasimi planlaşdırılır. Yarışma qaliblərinə qiymətli hədiyyələrin, əsas qalibə isə 3000 AZN pul mükafatının verilməsi nəzərdə tutulur.

Influencer Marketing bazarının həcmi 1,5 milyarda çatdı

Creator araşdırma platforması Türkiyədəki Influencer Marketing bazarının böyüklüyü və inkişafı haqqında hesabat dərc...

22 Feb 2018
Sabah Startap Günləri başlayır- Nələr olacaq?

Sabah, 23 fevral tarixdə saat 13-də Qərbi Kaspi Universitetində Startap Günlərinə start veriləcək.

Xeberler.az-ın...

22 Feb 2018