Azerbaijan English

Gürcüstanla startap sahəsində memorandum imzalanıb

Bakıda keçirilən Bakutel - 2017 beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki Yüksək Texnologiyalar Parkı və Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.

Xeberler.az-ın məlumatına görə, anlaşma Memorandumunun məqsədi müəssisələr arasında əməkdaşlığın daha da genişləndirilməsi, iki ölkə startaplarının, innovatorların fəaliyyətinə dəstək və beynəlxalq arenaya çıxışına köməklik göstərməkdir.

Eyni zamanda, memorandum biznes forum, təlim və görüşlərin təşkilini, elm müəssisələri arasında və  əqli mülkiyyət sahəsində əməkdaşlığı, innovasiya, texnologiya, elmi-tədqiqatların nəticələrinin kommersiyalaşdırılması üzrə təcrübə mübadiləsini ehtiva edir.

2017-ci ildə batan startaplar-Siyahı

 

Bəzi startaplar çox böyük miqdarda investisiya alsa da, 2017-ci il onlar üçün uğrlu olmadı. Belə ki, həmin startaplar bu il...

11 Dec 2017
Azərbaycanda texnologiyalar həftəsi başlayır

Məlum olduğu kimi, sabah Bakıda 5-8 dekabr tarixlərində Bakı şəhərində 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və...

04 Dec 2017