Azerbaijan English

Yerli startapımız Türkiyədə də xidmətə başladı

Məlum olduğu kimi, son illər dünyada trend olan "Influencer Marketing" platformaları sürətlə artmaqdadır. Hətta buna "Reklamın yeni dövrü" deyə adlandıranlar da var.

Buna görə də ötən il  Azərbaycanda brend şirkətlərlə  nüfuzlu sosial media istifadəçiləri və bloqerlərlə birgə sosial media layihələri hazırlamaq məqsədi ilə  Keepface platforması  fəaliyyətə başladı.

Belə ki, bu trendə uyğun Azərbaycan və qonşu ölkələri hədəfləyən Keepface qlobal bazarda genişlənir.

Keepface adlı layihə sevdiyiniz brendlər ilə işləməyə və onların sosial media kampaniyalarının bir parçası olmağa imkan yaradır.

Layihənin rəhbəri isə startap sektorundan bir neçə layihəsi ilə tanıdığımız Vaqif Abbasovdur. Layihənin digər ortaqları isə İT  sektorundan  tanıdığımız Elşad Yusifli və marketinq sahəsində  fəaliyyət göstərən Emin Vəlidir. 

Keepaface artıq Türkiyə bazarında da xidmətə başlayıb.

Bu barədə Xeberler.az-a layihə rəhbəri Vaqif Abbasov məlumat verib.

Qeyd edək ki, bununla da şirkətin fəaliyyət göstərdiyi ölkə sayı 7 olub. Startap Dubay, Gürcüstan kimi ölkələrdə də xidmət göstərir. 

AppLab-ın məzunlarından yeni nəsil reklam aləti

Bakcell şirkəti ölkənin gənc və istedadlı developerlərinə dəstək göstərmək üçün genişmiqyaslı AppLab inkubasiya...

26 Apr 2018
Tanınmış iş adamı Bakıya gəlir

Türkiyənin tanınmış iş adamı, yazar Ataman Özbay Bakıya gəlir.

Xeberler.az-ın məlumatına görə, mayın 9-da A. Özbay...

19 Apr 2018