Azerbaijan English

AppLab proqramı üçün 32 startap yarışır

Bakcell şirkəti AppLab proqramında iştirak etmək üçün müraciətlərin qeydiyyatını başa çatdırıb.

2017-ci ilin 15 dekabr tarixindən 15 yanvar 2018-ci il tarixinə qədər davam etmiş növbəti qeydiyyat mərhələsində “müxtəlif İT” və “mobil əlavələr” kateqoriyalarına aid 32 layihə proqramda iştirak üçün müraciət edib.

Bu barədə Xeberler.az-a şirkətdən məlumat verilib.

İlkin seçim mərhələsindən keçən konsepsiyaların müəllifləri Bakcell şirkətinin rəhbərliyi, potensial investorlar, AppLab proqramının məzunları və İT sahəsi üzrə ekspertlərdən ibarət AppLabKomissiyasının qarşısında öz ideyalarını təqdim etmək üçün dəvət olunacaq.

Həmin komitənin qərarına əsasən, ən uğurlu layihələrin müəllifləri AppLab İnkubasiya Mərkəzinin geniş imkanlarından istifadə etmək imkanı qazanacaq.

Qeyd edək ki, 2018-ci ilin fevral ayından başlayaraq seçilmiş komandalar AppLab İnkubasiya Mərkəzində təqdim olunan pulsuz İnternet, masa və təlim otaqları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlana biləcəklər.

Bakcell-in və AppLab proqramının digər partnyorlarının nümayəndələrindən ibarət olan xüsusi ekspertlər qrupu gənc developerləri öz ideyalarını yerli və beynəlxalq bazarlarında rəqabət apara biləcək yeni məhsul və ya xidmətlərinə çevirmək üçün tələb olunan araşdırma və məsləhətlərlə təmin edəcək.

Tanınmış iş adamı Bakıya gəlir

Türkiyənin tanınmış iş adamı, yazar Ataman Özbay Bakıya gəlir.

Xeberler.az-ın məlumatına görə, mayın 9-da A. Özbay...

19 Apr 2018
Azərbaycanlı startap Seedstars-ın finalında

Azercell Telekom və PAŞA Bankın  dəstəyi ilə fəaliyyət göstərən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin...

17 Apr 2018