Azerbaijan English

Türkiyənin tanınmış iş adamı Azərbaycana gəlir

əlum olduğu kimi, ölkədə Business Talk şirkəti tərəfindən tez-tez iş adamları, təşəbbüskarlıq sahəsində olan mütəxsəssislər ilə görüşlər təşkil edilir. Şirkət yalnız yerli yox, xarici mütəxəssisləri, iş adamlarını Azərbaycana dəvət edərək, onlarla startap, iş dünyası və digər bu istiqamətdə görüşlər keçirir.

Daha bir tanınmış türkiyəli mütəxəssis Azərbaycana gəlir.

Belə ki, Business Talk və lB Club-ın təşkilatçılığı ilə həm də kitabları ilə rəğbət qazanan Ahmet Şerif İzgören martın 4-də Bakıda seminar keçəcək.

Xeberler.az-ın məlumatına görə, təlim "At Bu Addımı " -Dəyişim, Uğur ,Gələcək” mövzusunda olacaq.

Xatırladaq ki, İzgören 1995-ci ildən etibarən Türkiyədə və bir çox Avropa ölkərində Menecment, Satış, Şirkət idarəetmə sistemlərinin qurulması, Motivasiya, Liderlik, Bədən dili, Bençmarkinq və s. mövzularda bir çox seminar və təlimlər verib. 

Onun nəşr olunan 26 kitabı var və 1,5 milyon satış edib. İzgören həmçinin 1998-ci ildə Elma Yayınevini qurub.  

O, hazırda Akademi Ankara, Antalya ,Kayseri, Bursa, Kocaeli və Samsun bölgələrindəki şöbələrdən ibarət şirkətin İdarə Heyətinin Sədri olaraq çalışır. İzgören Türkiyənin 500-dən çox özəl şirkət və dövlət qurumlarına konsaltinq xidməti verir.

Mütəxəssis 2017-ci ildə Vaşinqtonda açılan Turksih Coffe Lady- Markasının da ortaq təsisçisidir.

Qeyd edək ki, Pullman oteldə baş tutacaq seminarda iştirak ödənişlidir. Belə ki, biletləri Business Talk və lB Club-dan əldə etmək mümkündür.

Tədbir ️Özyeğin Universitetinin sponsorluğu ilə həyata keçirilir. Xeberler.az da tədbirin media dəstəkçisdir.

Startap Günləri başa çatdı-Qaliblər açıqlandı

Qərbi Kaspi Universitetində 2 gündür davam edən Startap Günləri bu gün başa çatıb.

Xeberler.az bildirir ki, dünən tədbirin...

24 Feb 2018
Startap Günləri başa çatdı-Qaliblər açıqlandı

Qərbi Kaspi Universitetində 2 gündür davam edən Startap Günləri bu gün başa çatıb.

Xeberler.az bildirir ki, dünən tədbirin...

24 Feb 2018