Azerbaijan English

Dünya Azərbaycanda yaradılan startapdan yazdı

Azərbaycanda yaradılan və fəaliyyətinə dünyanın texnologiya mərkəzi Silikon Vadisində davam edən WeTravel startapı daha bir yenlik edir.

Xatırladaq ki, layihə həmyerlimiz Qərib Mehdiyev tərəfindən yaradılıb və daha sonra qlobal bazara çıxaraq bir çox uğurlara imza atıb.

Belə ki, ölkələrə gəzinti turu təşkil edən onlayn sistem, WeTravel kiçik səyahət şirkətləri üçün ödəniş platforması qurur.

Xeberler.az bildirir ki, bu barədə dünyanın məşhur texnologiya saytı Techcrunch məqalə dərc edib.

Məlumatda qeyd edilib ki, Berkeley Universitetində tanış olan üç immiqrant təşəbbüskar tərəfindən qurulan şirkət turizm və səyahət sahəsində təşkilatlara öz biznesini genişləndirmələrinə imkan yaradır. Bildirilir ki, WeTravel  2 milyon dollar seed (toxum) investisiya alıb.

Şirkətin icraçı direktoru və həmtəsisçisi Johannes Koeppel-in sözlərinə görə, keçən il şirkət öz müştəriləri üçün əməliyyat gəlirlərində 15 milyon dollara qədər sifariş həyata keçirib.

Qeyd edək ki, şirkətin qurucularının üçü də immiqrantdır. Həmyerlimiz Qərib Mehdiyev də daxil olmaqla onlar Berkley Universitetində tanış olub və bu layihəni genişləndirmək üçün birgə fəaliyyətə başlayıb.

Komanda dünyanın müxtəlif bölgəsindən ABŞ-a gələnlərin səfərlərini asanlaşdırmağı qarşısına məqsəd qoyub.

Buna görə də onlar turizm təşkilatların bu istiqamətdə sifarişlərini asan formada qəbul etmək üçün yeni ödəniş platforması yaradır.

WeTravel-in əsas məqsədi müştərilər üçün sifariş səhifələrinin yaradılması, ödənişlərin qəbul edilməsi və marketinq, kommunikasiya , maliyyə sahələrinin bir yerdən idarə edilməsini təmin etməkdir.

Qeyd edək ki, şirkətin toxum investorları arasında Berkeley mərkəzli The House Fund və TubeMogulun keçmiş baş icraçı direktoru Brett Wilsonu da var. Startapın seed inevstorları arasında 500 Startups, Amino Capital və the First Round Capital Dorm Room Fund, Foundation Capital’s Berkeley Founder proqramı da yer alır.

Onu da bildirək ki, WeTravel İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun 1-ci qrant müsabiqəsində də qalib olub.

Startap Günləri başa çatdı-Qaliblər açıqlandı

Qərbi Kaspi Universitetində 2 gündür davam edən Startap Günləri bu gün başa çatıb.

Xeberler.az bildirir ki, dünən tədbirin...

24 Feb 2018
Startap Günləri başa çatdı-Qaliblər açıqlandı

Qərbi Kaspi Universitetində 2 gündür davam edən Startap Günləri bu gün başa çatıb.

Xeberler.az bildirir ki, dünən tədbirin...

24 Feb 2018