Azerbaijan English

Influencer Marketing bazarının həcmi 1,5 milyarda çatdı

Creator araşdırma platforması Türkiyədəki Influencer Marketing bazarının böyüklüyü və inkişafı haqqında hesabat dərc edib.

Xeberler.az hesabata istinadən məlumat verir ki, 2017-ci ildə dünyada Influencer Marketing bazarının həcmi 1,1 milyard dollardan 1,5 milyard dollaradək artıb.

Türkiyədə isə bu bazar, 30 milyon TL böyüklüyündədir.

Qeyd edilir ki, Türkiyədə həyata keçirilən Influencer Marketing fəaliyyətlərinin 48 faizi Instagram üzərindən reallaşdırılıb.

Belə ki, bunu 21 faiz ilə Facebook, 16 faiz ilə YouTube və 15 faiz ilə Twitter izləyir.

Xatırladaq ki, bununla bağlı Azərbaycanın yerli startapı Keepface artıq bir neçə ölkədə xidmət göstərir. 

 Influencer Marketing nədir?

Məlumdur ki, hazırda sosial media həyatımızın ayrılmaz bir parçasına çevrilib. Azərbaycan əhalisinin üçdəbiri aktiv olaraq sosial media istifadəçisidir. Sosial medianın əsas elementi kontentdir və hər gün istifadəçilər yüzlərlə yeni kontentlə qarşılaşırlar.

Məhz maraqlı və istifadəçiyə faydalı kontent izlənir, paylaşılır və bu kontenti yaradanlar yeni izləyici kütləsi əldə edirlər. Bloqerlər, məşhurlar, jurnalistlər, müxtəlif sahələr üzrə ekspertlər, sosial aktiv insanlar, ictimai xadimlər və digər auditoriya sahiblərini influencer adlandırmaq olar.

Influencer-lər sosial mediada yaranan fikirlərə əsas istiqamət verənlər hesab olunur və buna görə də brendlər öz kommunikasiya layihələrində inlfuencer-ləri cəlb etməklə ciddi uğurlar qazanırlar.

Azərbaycanın ən yaxşı startapı seçiləcək

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və PAŞA Bankın dəstəyi ilə...

18 May 2018
Startapımız beynəlxalq müsabiqədə uğur qazanıb

Qərbi Kaspi Universiteti Texnoparkının Biznes-İnkubasiya Mərkəzində fəaliyyət göstərən, üzvlərindən ikisi məktəbli olan...

18 May 2018