Azerbaijan English

Bakıda Startap Günləri keçirilir-Foto

 

Bu gündən etibarən ənənəvi Startap Günlərinə start verilib. Startap Günləri bu il "İdeyadan Biznesə" şüarı ilə keçirilir.

Xeberler.az bildirir ki, bu gün Qərbi Kaspi Universitetində start verilən Startap Günləri 2 gün davam edəcək.

Tədbirdə Qərbi Kaspi Universitetinin tələbələri ilə yanaşı, bir sıra məktəblərin yuxarı sinif şagirdləri də iştirak edib.

Açılışda çıxış edən natiqlər bu tədbirin əhəmiyyətinə toxunub, yaxşı ənənələrə malik olan Qərbi Kaspi Universitetinin bu gün də innovativ layihə və tədbirlər həyata keçirdiyini, Startap Günlərinin də belə tədbirlərdən biri olduğunu vurğulayıblar.

Qeyd edilib ki, təhsil ocaqları iqtisadiyyatın, istehsalatın çağırışlarına cavab verməli, kadr hazırlığında bu tələblərə doğru getməlidir. Bugünkü Startap Günləri məhz bu çağırışa reaksiyalardan biridir.

Startap Günlərinin ikinci günündə Universitetin yeni başlayan startapçıları üçün beynəlxalq ekspertin iştirakı ilə təlimlər keçiriləcək.

Yarışın ilk günündə gənc startapıların ideyaları münsiflər heyəti tərəfindən qiymətləndilib.

Qeyd edək ki, yarışmaya tələbələrlə yanaşı 100-ə yaxın məktəbli də qatılıb, 15 məktəbli final mərhələsinə keçə bilib. Qalib gələn biznes ideyalar ətrafında komandalar formalaşıb və layihələrin prototipinin hazırlanmasına başlanılıb.

Startap Günlərində tələbələr innovativ biznes ideyaları ətrafında komandalar formalaşdıracaq, mentorların və ekspertlərin köməyi ilə yeni startap layihələrinin ilkin variantlarını hazırlayacaqlar. Yekunda bu layihələrin təqdimatları və yarışı təşkil olunacaq. Layihələr peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Qaliblərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Qərbi Kaspi Universitetinin, eləcə də təşkilatçıların qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, Startap Günlərinin keçirilməsində məqsəd ölkədə milli startap infrastrukturunu inkişaf etdirmək, yeni startapların yaradılmasına kömək etmək, bu istiqamətdə onlara informasiya-metodiki dəstək vermək və startapçılar arasında əlaqələri gücləndirməkdən ibarətdir.

 Qərbi Kaspi Universitetinin keçirdiyi Startap Günlərinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi, Startap Azərbaycan Təşkilat Komitəsi, Yüksək Texnologiyalar Parkı, İT-nin İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı təşkilati dəstək verir.

Startapçı həyatından bir gün

Azercell-in Barama Mərkəzi Gəncədəki startapçı gənclərə dəstəyini davam etdirir Azercell Telekom MMC-nin Barama İnnovasiya...

12 Oct 2018
Kiber idman turnirinə qeydiyyat başlanır

Bu gündən etibarən İnnovasiya həftəsi çərçivəsində təşkil ediləcək “Baku Open Cyber Cup” kiber idman turnirinə qeydiyyat...

11 Oct 2018