Azerbaijan English

Startap Günlərinin ilk günü necə keçdi?-Foto

Məlumat verdiyimiz kimi, bu gün Qərbi Kaspi Universitetində Startap Günlərinə başlanıb.

Xeberler.az bildirir ki, 2 gün davam edəcək tədbirin açılış mərasimi keçirilib.

Mərasimdə Azərbaycan İnternet Forumunun prezidenti, Startap Azərbaycan Təşkilat Komitəsinin rəhbəri Osman Gündüz, NRYT Nazirliyinin tabeliyindıə  İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktorunun müavini Azər Bayramov, Qərbi Kaspi Universitetinin prorektoru Zemfira Məmmədova, Yüksək Texologiyalar Parkının nümayəndəsi Ayan Kərimova, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar departamentinin rəhbəri Şəbnəm Məmmədzadə, mentor Rəşad Əliyev və digər tanınmış ekspert və mentorlar çıxış edib.

Tədbirdə Qərbi Kaspi Universitetinin tələbələri ilə yanaşı, bir sıra məktəblərin yuxarı sinif şagirdləri də iştirak edib.

Tədbirin ilk günündə startap ideyaları üzrə yarış keçirilib. Belə ki, 18 ideya irəli sürülüb. İştirakçıların və eskpertlərin səsverməsi nəticəsində 6 ideya seçilib.

Startap Günlərində seçilə 6 innovativ biznes ideyaları ətrafında komandalar formalaşdırılıb.

Bundan sonra komandalar mentorların və ekspertlərin köməyi ilə bizes ideyaların reallaşması üzrə layihələrinin ilkin variantlarını hazırlamağa başlayıb. 

Onu da bildirək ki, tədbirə qatılan məktəblilərdən 5-i final mərhələsinə keçə bilib.

Qalib gələn biznes ideyaların təmsilçiləri arasında 212 nömrəli məktəbin 11-ci sinif şagirdi Günel Hüseynova da var.

Qeyd edək ki, sabah, Startap Günlərinin ikinci günündə Universitetin yeni başlayan startapçıları üçün beynəlxalq ekspertin iştirakı ilə təlimlər keçiriləcək. Startap komadadaları layihələrin tamamlanması üzrə işləri davam etdirəcək. Bu işdə onlara mentor və ekspertlər kömək edəcək.

Yekunda bu layihələrin münsiflər qarşısında təqdimatları və yarışı təşkil olunacaq. Layihələr peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Qaliblərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Qərbi Kaspi Universitetinin, eləcə də təşkilatçıların qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, Startap Günlərinin keçirilməsində məqsəd ölkədə milli startap infrastrukturunu inkişaf etdirmək, yeni startapların yaradılmasına kömək etmək, bu istiqamətdə onlara informasiya-metodiki dəstək vermək və startapçılar arasında əlaqələri gücləndirməkdən ibarətdir.

Startap Günlərinə Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyi rəsmi, Qərbi Kaspi Universiteti , Startap Azərbaycan, İT-nin İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı təşkilati dəstək verir.

Startap Günlərinin qalibləri seçilib-Foto

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2 gün davam edən Startap Günləri dünən başa çatıb.

Xeberler.az-ın...

27 May 2018
Startap Günləri başa çatdı

29-30 iyun tarixində Peşə Təhsil Mərkəzində keçirilən Startap Günləri başa çatıb.

 Xeberler.az bildirir ki, Startap...

30 Jun 2018