Azerbaijan English

Türkiyə mediası Startap Günlərindən yazdı

Türkiyənin gazetekazan.com saytında Azərbaycanda, Qərbi Kaspi Universitetinin (Western Caspian University) təşkilatçılığı ilə keçirilən Startap Günləri barədə məlumat yerləşdirilib.

Xeberler.az bildirir ki, “Azerbaycan gençlerinden yenilikçi projeler” sərlövhəli yazıda bildirilir ki, gənclər yarışmada innovativ ideylar irəli sürüblər. 

Yazıda layihələrin mahiyyəti şərh olunaraq qeyd edilir ki, ideyaların yarışında qalib olmuş “Tələbə sığortası” tələbələrin akademik borcunu sığortalamağı təklif edir. Belə ki, 2-ci kursdan etibarən tələbə xidmətə müraciət edə və təhsil göstəriciləri yüksəkdirsə, sığorta xidmətindən istifadə edə bilər.

Akademik borca görə yaranmış maliyyə borcunu sığorta olunmuş tələbənin əvəzinə sığorta şirkəti ödəyir.
2-ci yerə layiq görülmüş “Smart Box” layihəsi isə imtahan sual və cavablarını əldə etmək üçün ödənişli terminalların qurulmasını təklif edir.

Sayt Türkiyədən olan qonaqların da iştirak etdiyi tədbir barədə bəhs edir və bildirir ki, çıxış edən natiqlər bu tədbirin əhəmiyyətinə toxunub, yaxşı ənənələrə malik olan Qərbi Kaspi Universitetinin bu gün də innovativ layihə və tədbirlər həyata keçirdiyini, Startap Günlərinin də belə tədbirlərdən biri olduğunu vurğulayıblar.

Qeyd edilib ki, təhsil ocaqları iqtisadiyyatın, istehsalatın çağırışlarına cavab verməli, kadr hazırlığında bu tələblərə doğru getməlidir. Bugünkü Startap Günləri məhz bu çağırışa reaksiyalardan biridir.

Məlumatda o da deyilir ki, iştirakçılar üçün tanınmış mütəxəssislərin iştirakı ilə təlimlər təşkil edilib. Belə ki, Türkiyədən gələn mütəxəssis Bəhman Hüseynli, startapçı Orxan Əhmədovun moderatorluğu ilə İnternet biznesə yeni başlayanlar üçün təlim keçirilib”.

Yazı burada.

Startap Günləri Startap Azərbaycan- ın, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) təşkilaçılığı ilə keçirilir.

Azərbaycanın ən yaxşı startapı seçiləcək

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və PAŞA Bankın dəstəyi ilə...

18 May 2018
Startapımız beynəlxalq müsabiqədə uğur qazanıb

Qərbi Kaspi Universiteti Texnoparkının Biznes-İnkubasiya Mərkəzində fəaliyyət göstərən, üzvlərindən ikisi məktəbli olan...

18 May 2018