Azerbaijan English

Növbəti Startap Günlərinə hazırlıqlar davam edir

Məlumat verdiyimiz kimi, növbəti Startap Günləri Azərbaycan Texniki Universitetində keçiriləcək. 

Günlərin keçiriləcəyi tarix də açıqlanıb.

Startap Azərbaycan Təşkilat Komitəsindən Xeberler.az-a verilən məlumata görə, Startap Günləri aprelin 6-7-si tarixlərində Azərbaycan Texniki Universitetində baş tutacaq.

Universitetdən verilən məlumata görə, hazırda Startap Günlərinə hazırlıqlar davam edir.

Bildirilib ki, bu gün Universitetdə Startap Günləri ilə bağlı İşçi Qrup yaradılıb və bu qrupun toplantısı keçirilib.

Məlumatda o da qeyd ediib ki, aprelin 12-də Azərbaycan Texniki Universitetində Startap Günlərinə hazırlıqlarla bağlı tələbələrlə görüş keçiriləcək.

Startap Günlərinin keçirilməsində məqsəd yeni startapların yaradılmasına kömək etmək və bu istiqamətdə tələbələrə informasiya-metodiki dəstək, eləcə də internet biznesin inkişafına təkan vermək və milli startap infrastrukturunu inkişaf etdirməkdən ibarətdir.

Startap Günlərinin əsas tədbirlərindən biri də tələbələrin biznes ideyalarının və yeni İnternet layihələrinin ilkin variantlarının yarışması olacaq.

Günlər çərçivəsində yerli startap sahiblərinin, ekspertlərin və İT şirkət rəhbərlərinin yeni başlayan, internet biznesə maraq göstərən tələbə-gənclərlə görüşləri təşkil olunacaq.

Qeyd edək ki, Startap Günləri çərçivəsində Universitetin yeni başlayan startapçıları üçün Təlimlər də keçiriləcək.

Startup Günlərində tələbələr innovativ biznes ideyalar ətrafında komandalar formalaşdıracaq, mentorların və ekspertlərin köməyi ilə yeni startap layihələrinin ilkin variantlarını hazırlayacaqlar.

Yekunda bu Layihələrin təqdimatları və yarışması təşkil olunacaq və peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Qaliblərə və fərqlənənlərə təşkilatçıların və sponsorların qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunacaq.

Startap Günləri Startap Azərbaycan və AzTU-nun təşkilatçılığı ilə keçiriləcək. Layihəyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, YTP və İT-nin İnkişaı Dövlət ondu dəstək verir. 

Startap Azərbaycan tərəfindən həyata keçirilən Startap Günləri ölkəmizdə 2012-ci ildən təşkil olunur. Məlumat verdiyimiz kimi, ötən ay Qərbi Kaspi Universitetində təşkil olunan Startap Günüləri də uğurla başa çatıb.

Startapçı həyatından bir gün

Azercell-in Barama Mərkəzi Gəncədəki startapçı gənclərə dəstəyini davam etdirir Azercell Telekom MMC-nin Barama İnnovasiya...

12 Oct 2018
Kiber idman turnirinə qeydiyyat başlanır

Bu gündən etibarən İnnovasiya həftəsi çərçivəsində təşkil ediləcək “Baku Open Cyber Cup” kiber idman turnirinə qeydiyyat...

11 Oct 2018