Azerbaijan English

AzTU-da Startap Günləri ilə bağlı toplantı keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) 6-7 apreldə təşkil olunacaq Startap Günləri ilə əlaqədar işçi qrupu və iştirakçılarla birgə toplantı keçirilib. 

Xeberler.az bildirir ki, toplantıda AzTU-nun prorektoru, professor İsa Xəlilov layihənin əhəmiyyətindən danışaraq bildirib ki, Startap Günləri ilə bağlı universitetdə işçi qrupu yaradılıb.

Prorektor qeyd edib ki, innovativ ideyaları olan onlarla tələbə Startap Günlərində iştirak etmək üçün artıq qeydiyyatdan keçib.

 

Startap Azərbaycanın təşkilat komitəsinin üzvü, Azərbaycan İnternet Formun prezidenti Osman Gündüz Startap Günlərində iştirak edəcək tələbələrə layihə ilə bağlı geniş məlumat verib.

Osman Gündüz çıxışında bildirib ki, Startap Günlərində əvvəlcə innovativ ideyaların yarışması olacaq:

“Yarışmada qalib gələn ideyalar ətrafında komandalar formalaşdırılacaq. Daha sonra həmin komandalar ideyalarını biznes plana çevirərək münsiflər heyyətinə təqdim edəcəklər”. 

Startap Azərbaycanın təşkilat komitəsinin üzvü, ekspert Rəşad Əliyev isə Startap Günlərində iştirak edəcək tələbələrə öz təcrübələrindən bəhs edib. Rəşad Əliyev ideyaların startapa necə çevrilməsi, həmçinin bunun metodları, komanda formalaşdırmağın önəmi haqqında tələbələrə geniş məlumat verib. 

Sonda ekspertlər işçi qrupun üzvlərinin və tələbələrin suallarını cavablandırıblar. 

Qeyd edək ki, Startap Günləri AzTU-nun və Startap Azərbaycanın təşkilatçılığı ilə keçiriləcək.

Qaliblərə və fərqlənənlərə təşkilatçıların və sponsorların qiymətli hədiyyələri, diplomları və sertifikatları təqdim olunacaq.

Layihəyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Yüksək Texnologiyalar Parkı və İnformasiya Texnalogiyalarının İnkişaı Dövlət Fondu dəstək verir.

Startap Günlərinin qalibləri seçilib-Foto

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2 gün davam edən Startap Günləri dünən başa çatıb.

Xeberler.az-ın...

27 May 2018
Startap Günləri başa çatdı

29-30 iyun tarixində Peşə Təhsil Mərkəzində keçirilən Startap Günləri başa çatıb.

 Xeberler.az bildirir ki, Startap...

30 Jun 2018