Azerbaijan English

AzTU-da Startap Günlərinə hazırlıq davam edir

6-7 aprel tarixlərində Azərbaycan Texniki Universitetində (AzTU) Startap Azərbaycanla birgə təşkil olunacaq Startap Günləri ilə bağlı hazırlıq işləri davam edir.

Bu barədə Xeberler.az-a AzTU-dan məlumat verilib.

Qeyd edilib ki, Startap Günlərinin təşkili ilə bağlı universitetin və Startap Azərbaycanın əməkdaşlarından formalaşan işçi qrupu inzibati işləri artıq yekunlaşdırıb.

Belə ki, iştirakçıların qeydiyyatı, Startap Günlərinin keçiriləcəyi məkan hazırlanıb.

Bannerlər, bəcklər, qaliblərə, komandalara, iştirakçılara, təşkilatçılara və ekspertlərə təqdim olunacaq diplom və sertifkatlar, təşəkkürnamələr dizayn edilərək çap üçün sifariş verilib. həmçinin iştirakçıların sərbəs işləməsi, dincəlməsi üçün əlverişli şərait yaradılıb.

Bildirilib ki, son hazırlıq işlərinin müzakirə olunması 4 aprel saat 15:00-da işçi qrupunun növbəti iclası keçiriləcək.

Startap Günləri Startap Azərbaycan və AzTU-nun təşkilatçılığı ilə keçiriləcək. Layihəyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, YTP və İT-nin İnkişafı Dövlət Fondu dəstək verir.

 
AppLab-ın məzunlarından yeni nəsil reklam aləti

Bakcell şirkəti ölkənin gənc və istedadlı developerlərinə dəstək göstərmək üçün genişmiqyaslı AppLab inkubasiya...

26 Apr 2018
Tanınmış iş adamı Bakıya gəlir

Türkiyənin tanınmış iş adamı, yazar Ataman Özbay Bakıya gəlir.

Xeberler.az-ın məlumatına görə, mayın 9-da A. Özbay...

19 Apr 2018