Azerbaijan English

Bakıda Mentor Talks tədbiri keçiriləcək

Aprelin 22-də Pullman hoteldə 7 spikerin çıxış edəcəyi Mentor Talks tədbiri keçiriləcək.

Sloqanı “Gələcəyini bu gün inşa et!” olan tədbirin ilk kateqoriyası özünü inkişaf sahəsidir.

Xeberler.az bildirir ki, hər biri 20 dəqiqə olmaqla, 7 təcrübəli spikerin çıxış edəcəyi Mentor Talks tədbiri 14:00-dan 18:00-a qədər davam edəcək.

Tədbirdə iştirak etmək istəyənlər təklif olunan Standart (29 AZN), İanə (39 AZN) və Klass (69 AZN) biletlərdən birini seçə bilərlər.

İanə biletin digər biletlərdən fərqi ondadır ki, həmin bilet məbləğinin 10 AZN’i ilə ucqar kənd məktəblərindəki şagirdlərə kitab alınacaq.

Klass bileti alan şəxslər isə mentorlardan birini seçərək onunla fərdi sessiya əldə etmək imkanı qazanacaqlar.

#MentorTalks – özünü yetişdirmək istəyən parlaq fikirli insanların bir araya gəldiyi, ilham verən çıxışları olan tədbirdir. Missiyası insanların həyatına dəyər qatan ideya, məlumat və baxış açısı paylaşmaqdır.

İldə bir neçə dəfə təşkil olunması planlaşdırılan tədbirlər özünü inkişaf, biznes, marketinq, texnologiya, təhsil, səhiyyə kimi sahələri əhatə edəcək.

Məlumat üçün qeyd edək ki, tədbirin biletləri artıq satışdadır.

Startap Günlərinin qalibləri seçilib-Foto

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2 gün davam edən Startap Günləri dünən başa çatıb.

Xeberler.az-ın...

27 May 2018
Startap Günləri başa çatdı

29-30 iyun tarixində Peşə Təhsil Mərkəzində keçirilən Startap Günləri başa çatıb.

 Xeberler.az bildirir ki, Startap...

30 Jun 2018