Azerbaijan English

Bakıda Startap Günləri keçirilir-Foto

Hazırda Azərbaycan Texniki Universitetində (AzTU) növbəti Startap Günləri keçirilir.

Xeberler.az bildirir ki,  AzTU-da tədbirin açılış mərasimi keçirilir.

Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN), İT-nin İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı və digər qurumların nümayəndələri, ekspertlər iştirak edir.

Açılış mərasimində çıxış edən Startap Azərbaycan Təşkilatının rəhbəri Osman Gündüz qonaqları salamlayaq bu istiqamətdə görülən işlərdən danışıb.

O, Startap Günləri barədə iştirakçılara ətraflı məlumat verib.

 AzTU-nun rektor əvəzi Xalıq Yahudov çıxışında belə tədbirin Universtetdə keçirilməsinin faydasından danışıb.

O, startapın tarixi ilə bağlı maraqlı məlumatı iştirakçılarla paylaşıb. 

Universitet rəsmisi tələbləri Startap Günlərində aktiv olmağa səsləyib.

İT-nin İnkişafı Dövlət Fondunun direktoru Elçin Zeynalov isə Fondun startap layihələrinə maddi dəstəyindən danışıb, bugünə qədər maliyyələşən layihələr barədə ətraflı məlumat verib.

O, tələbələri hazırda Fondun elan etdiyi qrant müsabiqəsində aktiv olmağa çağırıb.

Yüksək Texnologiyalar Parkının rəsmisi Tural Qubadov isə YTP-da stataplar üçün yaradılan imkanlar barədə məlumat verib. O qeyd edib ki, Startap Günlərində iştirak edən bütün komandalar YTP-ın bu imkanlarından yararlana bilər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar departamentinin rəhbəri Şəbnəm Məmmədzadə çıxışında yeni texnologiyaların inkişafı və önəmindən danışıb.

Departamentinin rəhbəri bu istiqamətdə ideyaların, layihələrin indi daha çox önəm kəsb etdiyini vurğulayıb. 

Tədbirdə digər universitetlərin tələbələri və nümayəndələri də qatılıb.

Məlumat verdiyimiz kimi, Günlər çərçivəsində biznes ideyaların yarışması, stratap komandaların formalaşması, layihələrin ilkin versiyalarının hazırlanması və onların ekspertlər qarşısında təqdimatıarı , münsilər tərəfindən layihələrin qiymətləndirilməsi baş tutacaq.

Həmçinin yeni başlayanlar üçün təlimlər, tanınmış startapçılarla görüşlər keçiriləcək. 

Onu da bildirək ki, Startap Günləri çərçivəsində keçirilən təlimlərdə və digər tədbirlərdə universitetlərin tələbələri də qatıla bilər. Startap komandaların tərkibində isə yalnız AzTU tələbələri iştirak edə bilər.

Tədbir 2 gün davam edəcək.

Startap Günləri Startap Azərbaycan və AzTU-nun təşkilatçılığı ilə keçiriləcək. Layihəyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, YTP və İT-nin İnkişafı Dövlət Fondu dəstək verir.

Xeberler.az

Startap Günlərinin qalibləri seçilib-Foto

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2 gün davam edən Startap Günləri dünən başa çatıb.

Xeberler.az-ın...

27 May 2018
Startap Günləri başa çatdı

29-30 iyun tarixində Peşə Təhsil Mərkəzində keçirilən Startap Günləri başa çatıb.

 Xeberler.az bildirir ki, Startap...

30 Jun 2018