Azerbaijan English

Kibertəhlükəsizlik üzrə Təlim Mərkəzi yaradıldı-Ölkədə ilk

 

Azərbaycanda ilk dəfə kibertəhlükəsizlik üzrə peşəkar təlimlərə başlanıb.

Xeberler.az məlumat verir ki, "reverse engineering" və kibertəhlükəsizlik mütəxəssisi istiqamətlərində təlimlər keçən CYBERO Mərkəzi açılıb.

Yeni yaranan Təlim Mərkəzi bu sahədə mütəxəssis yetişdirmək niyyətindədir.

Şirkətdən saytımıza bildirilib ki, layihənin missiyası bir keyfiyyət standartı yaratmaqla bu sahə üzrə həm gənclərimizin, həm də korporativ təlim iştirakçılarının bilik və bu bilikdən yararlanmasındakı faydalılıq əmsalının yüksəldilməsidir.

Məlumata görə, təlimləri xaricdə müxtəlif istiqamətlər üzrə xüsusi təlimlər keçmiş yerli və ya müvafiq sahələr üzrə əməkdaşlıq edilən xarici ekspertlər tədris edir.

Qeyd edək ki, İT karyera qurmaq istəyənlər üçün təlim proqramları auditoriya olaraq individual və qrup təlimlərinə, texniki səviyyəyə görə isə başlanğıc, mütəxəssis və ekspert olmaqla 3 mərhələyə bölünür.

Korporativ təlimləri isə auditoriyaya görə sıravi kompüter istifadəçiləri, texniki işçilər və idarəçilər üçün nəzərdə tutulmuş 3 fərqli istiqamətdə keçirilir.

Qiymətlər barədə daha ətraflı burada.

“Coca-Cola İlə Fərq Yarat” inkubasiya və akselerasiya proqramına start

Mart ayının 10-dan etibarən Coca-Cola Azərbaycan və İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı ilə...

11 Mar 2020
StartupFest 2019 çərçivəsində DevOpsDays tədbiri təşkil olunub

22 noyabr 2019-cu il tarixində “StartupFest 2019” çərçivəsində və Azərbaycanda ilk dəfə “DevOpsDays” təşkil olunub.

ADA...

22 Nov 2019