Azerbaijan English

Golden Pay şirkətində yeni təyinatlar olub

Azərbaycanın ən böyük onlayn ödəmə şirkətinin rəhbəri Fərid İsmayılzadə CEO ( icraçı direktor) vəzifəsindən istefa verib.

Bu barədə Xeberler.az -a Fərid İsmayılzadə məlumat verib.

Onun sözlərinə görə, GoldenPay-in gələcək inkişafı ilə bağlı bu gün mühüm qərarlar qəbul ediblər:

“Bu gündən etibarən, İdarə Heyətinin sədri kimi cari idarəetmə ilə deyil, Müşahidə Şurasının üzvü kimi strateji idarəetmə və inkişaf işlərində fəal iştirak edəcəyəm”.

Məlumata görə, İdarə Heyəti sədri vəzifəsinə isə NSamedova Mehdiyeva (Naina Mehdiyevanı) təyin edilib.

Qeyd edək ki, N. Mehdiyeva şirkətdə 11 ildir işləyir və onun inkişafında müstəsna rolu olub. Yeni CEO bu günədək əməliyyatlar sahəsinə cavabdeh şəxs və İdarə Heyəti sədrinin birinci müavini olub.

İdarə Heyətinə digər yeni təyinat isə Tuğba Uçardır. Tuğba xanım ABŞ-da və Türkiyədə aparıcı şirkətlərdə çalışıb. Türk Telekom, TTNET və digər tanınmış şirkətlərin marketinq və məhsulların inkişafı bölmələrində aparıcı vəzifələrdə işlənib.

Hazırda isə GoldenPay-də İdarə Heyəti üzvü kimi məhsulların inkişafı və marketinq sahələrinə cavabdeh olacaq.

Mahammadiya Abdurahimov isə İdarə Heyətinin digər üzvü kimi Texniki işlərlə məşğul olmağa davam edəcək.

Fərid İsmayılzadə bildirib ki, bu dəyişikliklər GoldenPay-in idarəetmə komandasını daha da gücləndirəcək:

“Biz yaxın vaxtlarda Sizi yeni imkanlar və daha böyük nailiyyətlərlə sevindirəcəyik”.

Startap Günlərinin qalibləri seçilib-Foto

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2 gün davam edən Startap Günləri dünən başa çatıb.

Xeberler.az-ın...

27 May 2018
Startap Günləri başa çatdı

29-30 iyun tarixində Peşə Təhsil Mərkəzində keçirilən Startap Günləri başa çatıb.

 Xeberler.az bildirir ki, Startap...

30 Jun 2018