Azerbaijan English

Startapımız beynəlxalq müsabiqənin finalında

Qərbi Kaspi Universiteti Texnoparkında işlənən Vooby startap layihəsi Türkiyədə keçirilən beynəlxalq müsabiqədə final mərhələsinə vəsiqə qazanıb.

Bu barədə Xeberler.az-a Universitetdən məlumat verilib.

Qərbi Kaspi Universiteti Texnoparkınının Biznes-İnkubasiya Mərkəzində fəaliyyət göstərən üzvlərindən ikisi məktəbli olan, tələbə Azər Nemanlının rəhbərlik etdiyi komandanın işlədiyi Vooby startap layihəsi İstanbul şəhərində keçirilən “İcatmakinesi” müsabiqəsində final mərhələsinə keçib.

Qeyd edək ki, bu platforma insanların heç bir ödəniş etmədən öyrənmək istədiyi dili danışan başqa bir insanla onlayn olaraq qarşılıqlı şəkildə dil öyrənə bilməsini təmin etməyi nəzərdə tutur.

Layihə rəhbəri bildirib ki, platforma xarici dilləri öyrənmək istəyən insanları online olaraq bir araya gətirir, ünsiyyət isə səsli və görüntülü ola bilər. Əlavə olaraq layihə dərsliklərlə təchiz olunub:

"Bu dərsliklər sayəsində dil öyrənmə daha da asanlaşır. Birisi öyrəndiyi dildə hansısa cümlə və ya sözü bilmədikdə bunu başqalarından soruşa bilər. Sadəcə, öyrənmək istədiyini hesabında paylaşmağı kifayət edir. Əsas üstünlük platformanın tam pulsuz şəkildə istifadəyə verilməsidir. Mobil tətbiqi yükləyərək heç bir çətinlik çəkmədən istifadə etmək mümkündür”.

Layihə bu yaxınlarda Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elektron Təhsil Respublika Müsabiqəsində birinci yerə layiq görülüb.

Enterprise Azerbaijanın növbəti startap təlimi keçirilib

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Vergilər nazirliyi ilə birgə startap...

19 Mar 2019
İdeyadan Biznesə layihəsi çərçivəsində startap turları davam edir

Startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədi...

06 Mar 2019