Azerbaijan English

Tanınmış iş adamı Bakıya gəlir

Türkiyənin tanınmış iş adamı, yazar Ataman Özbay Bakıya gəlir.

Xeberler.az-ın məlumatına görə, mayın 9-da A. Özbay ölkəmizdə “Hayat, Mutluluk, Başarı” adlı seminar keçəcək.

Qeyd edək ki, tədbir Pullman oteldə (köhnə Kempinski hotel ) baş tutacaq.

Ataman Özbay Türkiyədə ilk sulu salfetkanın və onun istehsalını həyata keçirmək aparatın yaradıcısıdır. Bundan sonra Özbay dünyada ilk mentollu sulu salfetka,rəngli asiton, göz təmizləmə bandı, saç yuma bonesi kimi bir çox yeniliklərə imza atıb.

Tanınmış iş adamı Şelale, Premax, Lemonni, Uni Wipes, Uni Med, Uni Baby, Mentholix, Wogi, Woc, Comfort, Uni Care kimi şirkət və markaların yardıcısıdır.

Xatırladaq ki, o, 2012-ci ildə öz şirkətini Eczaçıbaşı Holdinq-ə 56 Milyon TL-yə satıb.

Özbay həmçinin "7 Yaşımda Bindiğim Kamyonun Frenleri Patladı Hayata Yuvarlandım ", " AŞK BU -Başarı ve Mutluluğun Sırrı -Değerlerle Yönetmek" kimi kitabların da müəllifidir.

Tədbirin təşkilatçısı Edex və lB Club, təşkilati dəstək Asan Könüllülər, partnyorlar isə Business Talk və LIB Dil Dərsləri-dir.

Xeberler.az tədbirin media dəstəkçisidir. 

Seminar İstanbul Şehir Üniversitetinin sponsorluğu ilə həyata keçirilir.

Onu da bildirək ki, tədbirdə iştirak ödənişlidir. 10 AZN-dən başlayan biletləri Edex və lB Club-dan əldə etmək mümkündür.

Ataman Özbay bundan öncə də Bakıda CEO Summit tədbirində çıxış edib. 

Fintex startaplar üçün qeydiyyat başladı

 Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin...

09 Sep 2019
agroX yarımfinalçılarının bir qrupu ilə görüş keçirilib

Bu gün İNNOLAND -də agroX yarımfinalçılarının bir qrupu ilə görüş keçirilib.

Startapçılar yekun təqdimata...

05 Sep 2019