Azerbaijan English

Maliyyə axtaran startapların nəzərinə- 4 gün qaldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi VI qrant müsabiqəsinə layihələrin qəbulu 4 gündən sonra başa çatacaq.

Bu barədə Xeberler.az-a Fonddan məlumat verilib.

Fondun bu günə qədər keçirdiyi 5 qrant müsabiqəsinə təqdim olunmuş 754 innovativ və tətbiqi elmi-texniki layihədən 112-nə qrant ayrılıb

İcrası yekunlaşdırılmış layihələrdən 20-si kommersiyalaşdırılıb və fəaliyyətini davam etdirərək bazarda öz yerini tutub.

Cari qrant müsabiqəsinə layihələrin qəbulu 1 mart 2018-ci il tarixindən başlayıb və hazırda davam edir.

Layihələrin qəbulu 30 aprel 2018-ci il tarixində saat 18:00-da başa çatır.

Qrant müsabiqələrinə layihələrin qəbulu fondun rəsmi internet saytındakı (www.ictfund.gov.az) e-qrant bölməsindən təqdim oluna bilər.

Fintex startaplar üçün qeydiyyat başladı

 Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin...

09 Sep 2019
agroX yarımfinalçılarının bir qrupu ilə görüş keçirilib

Bu gün İNNOLAND -də agroX yarımfinalçılarının bir qrupu ilə görüş keçirilib.

Startapçılar yekun təqdimata...

05 Sep 2019