Azerbaijan English

Qrant müsabiqəsinə neçə startap müraciət edib?

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi növbəti qrant müsabiqəsinə layihələrin qəbulu başa çatıb.

Nazirlikdən Xeberler.az-a verilən məlumata görə, müsabiqəyə Fondun rəsmi internet səhifəsində (www.ictfund.gov.az) qeydiyyatdan keçməklə 149 layihə təqdim edilib.

Qrant müsabiqələri çərçivəsində layihələr 2 mərhələdə qiymətləndirilir. Birinci mərhələdə 15 iş günü müddətində müsabiqəyə təqdim olunan layihələrin ilkin ekspertizası aparılır.

İkinci mərhələdə isə ilkin ekspertiza mərhələsindən keçmiş layihələr 20 iş günü müddətində müstəqil ekspertlər tərəfindən kompleks ekspertizadan keçirilir. Kompleks ekspertizanın nəticəsində müsbət rəy almış layihələr yekun qərarın qəbul edilməsi üçün Fondun Müşahidə Şurasına təqdim edilir.

Qeyd edək ki, qrant müsabiqəsi çərçivəsində layihələrin qəbulu 1 mart 2018-ci il tarixindən 30 aprel 2018-ci il tarixinədək davam edib.

Xatırladaq ki, Fondun bu günə qədər keçirdiyi 5 qrant müsabiqəsinə təqdim olunmuş 754 innovativ və tətbiqi elmi-texniki layihədən 112-nə qrant ayrılıb. Fond tәrәfindәn verilәn qrantlar startapçıların şəxsi bizneslәrinin qurulmasında əvәzsiz rola malikdir.

İcrası yekunlaşdırılmış layihələrdən 20-si kommersiyalaşdırılıb və fəaliyyətini davam etdirərək bazarda öz yerini tutub.

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun əsas məqsədi İKT sahəsində dövlət siyasətinin həyata keçirilməsinə yardım etmək, innovativ sahibkarlıq fəaliyyətini dəstəkləmək, intellektual biznes, innovasiya və elmi tədqiqat layihələrini stimullaşdırmaq, müasir infrastrukturun inkişafına təkan vermək, kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək, eləcə də, bu sahəyə yerli və xarici investisiyaları cəlb etməkdən ibarətdir.

Azərbaycanın ən yaxşı startapı seçiləcək

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və PAŞA Bankın dəstəyi ilə...

18 May 2018
Startapımız beynəlxalq müsabiqədə uğur qazanıb

Qərbi Kaspi Universiteti Texnoparkının Biznes-İnkubasiya Mərkəzində fəaliyyət göstərən, üzvlərindən ikisi məktəbli olan...

18 May 2018