Azerbaijan English

Bakı-Boston Startap Veb Konfransı 1.0. təşkil ediləcək

ABŞ-Azərbaycan Ticarət Palatası, Azərbaycan Yüksək Texnologiyalar Parkı və İsrailin ABŞ-ın Nyu-İnqlənd ərazisində baş konsulluğunun birgə təşkilatçılığı ilə Azərbaycan startapları üçün kapitallaşma və bazara giriş strategiyalarına dair “Bakı-Boston Startap Veb Konfransı 1.0.” təşkil ediləcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkından verilən məlumata əsasən, yanvarın 9-da Bakı vaxtı ilə saat 18:00-da Nyu-İnqlənd ərazisində İsrailin baş konsulluğunun iqtisadi məsələlər şöbəsinin direktoru Austin Sadagatpur ilə bazara giriş strategiyaları və Bostonda israilli bizneslərin uğurları barədə müzakirələr aparılacaq.

Azərbaycandan konfransa qoşulmaq istəyənlər Azərbaycan Yüksək Texnologiyalar Parkına (High Tech Park Azerbaijan) müraciət etmələri xahiş edilir.

Qeyd edək ki, Boston şəhəri ABŞ-ın yüksək texnologiyalar üzrə ixtisaslaşmış əsas şəhərlərindəndir. Bu şəhər elmi araşdırmalar və inkişaf (R&D) sahəsində çalışanların sayına görə ABŞ-ın orta göstəricisindən 2 dəfə yarım yüksək nəticəyə malikdir. Boston şəhəri, eyni zamanda, dünya üzrə vençur kapitalının cəlb edilməsinə görə aparıcı sıralardadır.

Müstəqil araşdırmalara görə, israillilərin təsis etdiyi bizneslər Boston və ümumilikdə, Massaçusets ştatının sənayesində əsas aparıcılardandır. Yalnız 2015-ci ildə bu şirkətlər iqtisadiyyata 9,3 milyard ABŞ dolları həcmində birbaşa gəlir qazandırıb. Bu şirkətlərin ştat iqtisadiyyatına ümumi təsiri isə 18,1 milyard ABŞ dolları həcmində ölçülür. 2013-2015-ci illər ərzində həmin şirkətlər 1,2 milyard ABŞ dolları həcmində vençur kapital cəlb etməyə nail olublar.

agroX Müsabiqəsinin ilkin seçim mərhələsi baş tutub

Xeberler.az məlumat verir ki, agroX Layihəsinin iştirakçıları üçün ilkin seçim mərhələsi baş tutub. Startap Azərbaycan...

26 Jun 2019
Lənkəran Dövlət Universitetində Startap Günləri keçirilib

4 -25 may tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə...

27 May 2019