Azerbaijan English

Nextsale və Whelp startaplarına investisiyalar verilib

17 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND”
İnkubasiya və Akselerasiya Mərkəzində “SUP” Startap Akseleratorunun qış akselerasiya proqramının iştirakçıları olan Nextsale və Whelp startaplarına toxum investisiyaları verilib.

Müvafiq startaplara qoyulan investisiya Azfinans İnvestisiya Şirkəti, “Next Step” İnnovasiya Mərkəzi və Xəzər Vençurs şirkətinin birgə tərəfdaşlığı ilə həyata keçirilib.
INNOLAND Azərbaycanda, eyni zamanda onun hüdudlarından kənarda özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi üçün yaradılan inkubasiya, akselerasiya və araşdırma mərkəzidir. INNOLAND Kovörkinq, İnkubasiya, Akselerasiya və İT Təlim-Tədris Mərkəzindən ibarətdir.

4-cü Barama İnkubasiya Proqramı üzrə qalib layihələr bəlli olub

“Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin öz ideyalarını biznesə çevirmək və uğurlu karyera...

16 Apr 2019
Peşə Təhsil Mərkəzində Startap Günləri keçiriləcək

19 -20 aprel tarixlərdə Turizm və Sosial Xidmətlər üzrə Peşə Təhsil Mərkəzində Startap Günləri...

15 Apr 2019