Azerbaijan English

Enterprise Azerbaijanın növbəti startap təlimi keçirilib

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Vergilər nazirliyi ilə birgə startap təlimləri ilə bağlı həyata keçridiyi layihə davam edir. Yeni ideya və layihələr həyata keçirmək istəyən startapçıları, o cümlədən kiçik və mikro sahibkarları biznesə başlamanın hüquqi və praktiki tərəfi haqqında məlumatlandırmaq məqsədi daşıyan təlim bu dəfə Azərbaycan Universitetində keçirilib.

Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımovun açılış nitqinin ardınca EnterpriseAzerbaijan.com portalının meneceri Aytən Məmmədova bu startap
platforması barədə tələbələrə ətraflı məlumatlar təqdim edib. Daha sonra Vergilər Nazirliyinin nümayəndəsi Hacı Qasımov kiçik və mikro sahibkarlarao cümlədən, startapçılara biznesə başlamaq üçün hüquqi şəxslərin cəmi bir prosedurla onlayn dövlət qeydiyyatının həyata keçirilməsi və 2019-cu ilin əvvəlindən başlayaraq
tətbiq olunan güzəştlər barədə ətraflı məlumat verilib.

Azexport portalının rəhbəri Zaur Qardaşov isə Baku E-Commerce Academy ilə birlikdə “Amazon-la qazan” təlimləri barədə tələbələri məlumatlandırıb. O deyib ki, bu təlim yeni iş və qazanc imkanı axtaranlar üçün əsl fürsətdir. Z.Qardaşovun sözlərinə görə, bu tipli təlimləri uğurla başa vuran insanlar hazırda rəqabətədavamlı sabit gəlir əldə edirlər. Tədbir zamanı “EnterpriseAzerbaijan” portalının ekosistemində yer alan və British Councilın “Kreativ qığılcım” layihəsinin meneceri kimi fəaliyyət göstərən Oruc
Dursunzadə layihənin daha praktiki tərəfləri barədə tələbələrə məlumat verib. Portala layihəsi daxil edilən və təlim müddətində müzakirənin məzmununu vizual olaraq yaradan gənc startapçı Nərmin Fərzəliyevanın rəsmi menecer Aytən Məmmədova tərəfindən Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımova təqdim olunub.

EnterpriseAzerbaijan.com portalı ölkəmizin 15-ə qədər universitetində 2000 nəfərə yaxın tələbə ilə görüşərək biznesə başlama və startap barədə maarifləndirici tədbirlər
keçirir. Tələbələrin uğurlu layihələri EnterpriseAzerbaijan.com portalına daxil ediləcək və bu layihələr maliyyələşdirilmək üçün mələk, toxum və vençur investorlara təqdim olunacaq.

Lənkəran Dövlət Universitetində Startap Günləri keçirilib

4 -25 may tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə...

27 May 2019
Lənkəran Dövlət Universitetində Startap Günləri keçirilib

4 -25 may tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə...

27 May 2019