Azerbaijan English

Peşə Təhsili Mərkəzində Startap Günləri keçirilib

Məlumat verdiyimiz kimi Turizm və Sosial Xidmətlər üzrə Dövlət Peşə Təhsili Mərkəzində Startap Günləri keçirilib.
Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Səmral Əliyev, Azərbaycan İnternet Forumunun prezidenti və Startap Azərbaycan Təşkilatının kordinatoru Osman Gündüz,  Dövlət Peşə Təhsili Mərkəzinin direktoru Fikrət Nəbiyev çıxış ediblər.

Sonra tələbələr tərəfindən biznes –ideyalar irəli sürülüb. Daha sonra ekpsert və mentorların dəstəyi ilə biznes ideyaların müzakirəsi və yarışı başlayıb.

Bu mərhələdə tələbələr 25-ə yaxın biznes ideya səsləndirib. Daha sonra səsvermə və ekspertlərin rəyi əsasında ən yaxşı 5 ideya seçilib.

Qalib ideyalar ətrafında komandalar formalaşırılıb və komandalar işə başlayıb. Startap Azərbaycan-ın ekspertləri və mentorları komandalara öz tövsiylərini verib.

Komandalar öz ekspert və mentorların yardımı ilə layihələri üzərində işlərə başlayıb və axşama qədər fəaliyyətlərini davam etdiriblər. 
Mentorlar  Rəşad Əliyev, Sərvər Cəfərov, Camal Eminov, Rüstəm Həsənov , Fuad Salmanov və digərləri komandalara dəstək veriblər. 

Həmçinin, komandalar üçün təlimlər də təşkil edilib. 
Belə ki, INNOLAND Akselerasiya mərkəzinin meneceri Fidan Rüstəmova internet biznesə yeni başlayanlar üçün təqdimatlarin və prototiplərin hazırlanması mövzusunda təlim keçib. 

Komandalara layihələrinin prototiplərinin hazırlanması, komanda formasında fəaliyyət, layihələrin təqdimatı zamanı diqqət etməli olduğu vacib məqamlar barədə məlumatlar verilib.

Komandalar eskpert və mentorların dəstəyi ilə layihələrinin təqdimat forması üzərində işləməyi öyrənib. Günün sonuna qədər komandalar layihələr üzərində fəaliyyəti davam etdirib.

Komandalar hazırladıqları layihələrin ekspertlər qarşısında 5-7 dəqiqəlik təqdimatını edib. Münsiflər heyəti tərəfindən Layihələr qiymətləndirilib.

Qalib komandalar müəyyən edilib.

5 komanda arasından qaliblər elan edilib. 
Belə ki,
1-ci yeri “Akvarium” 
2-ci yeri “Sport Power”, 
3-cü yeri isə “Rent Bike” layihəsi qazanıb.

Ötən gün Startap Günlərinin yekun təqdimat mərasimi keçirilib.  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ,Xətai rayon icra hakimiyyətinin, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri , Azərbaycan Beynəlxalq Bankının və SİNAM şirkətinin nümayəndələri iştirak edib

Startap Günlərində aktiv iştirak edənlərə sertifikatlar təqdim edilib. Tədbirin təşkilində fəal iştirak edənlərə Təşəkkürnamələr təqdim edilib.
Qaliblərə isə diplomlar və hədiyyələr təqdim olunmuşdur.

Startap Günləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliynin dəstəyi ilə Startap Azərbaycan-ın  təşkilatçılığı ilə keçirilib. 
Layihəyə Azərbaycan Beynəlxalq Bankı və SİNAM şirkəti dəstək verir.

İnam Kərimov: Kənd təsərrüfatı bəşəriyyətin ilk innovasiyasıdır

Oktyabrın 8-də Bakıda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, Aqrar Elm və İnnovasiya Mərkəzinin, “Startap Azərbaycan” və...

08 Oct 2019
AgroX Müsabiqəsinin yekun təqdimat mərasimi keçirilib

Bu gün agroX müsabiqəsinin yekun təqduimat mərasimi keçirilib. Təqdimat məraismində yarımfinala qatılan 12 aqrar startap...

08 Oct 2019