Azerbaijan English

Gəncədə Startap Günləri başa çatıb

17 - 18 may tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi və ”Startap Azərbaycan”ın təşkilatçılığı ilə Gəncədə  “Startap Günləri” keçirilib.

Tədbirlərdə Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetinin tələbələri iştirak edİblər. 

ADAU –da təşkil olunan açılış mərasimində ADAU-nun prorektoru Anar Hətəmov, Azərbaycan İnternet Forumunun prezidenti və Startap Azərbaycan Təşkilatının kordinatoru Osman Gündüz, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Səmral Əliyev və digərləri çıxış ediblər. 

Çıxışlarda layihənin tələbələr və gənclərə qazandırdığı faydalardan, ölkə üzrə startap hərəkatına verdiyi töhfələrdən bəhs edilib.
Qeyd edilib ki, “Startap günləri”nin məqsədi yeni startapların yaradılmasına təkan vermək, bu istiqamətdə tələbələrə informasiya-metodik dəstək göstərmək, internet biznes və milli startap infrastrukturunu inkişaf etdirməkdən ibarətdir.

Daha sonra tələbə və magistrlar tərəfindən biznes ideyalar irəli sürülüb. Növbəti mərhələdə müstəqil ekpsert və mentorlar, iştirakçılar tərəfindən səsləndirilən ideyaları spesifik kriteriyalarla dəyərləndirərək ən yaxşı 6 ideyanı növbəti mərhələ üçün seçiblər.

Qaydalara uyğun olaraq, birinci mərhələnin qalib ideyaları ətrafında komandalar formalaşdırılıb və ideya üzərində çalışmağa başlayıblar. 

Yarışmanın ikinci günündə “Startap Azərbaycan”dan Orxan Əhmədov və İlkin Əliyev tələbələrə startaplar üçün təqdimat bacarıqları və biznes plan mövzularında təlim keçiblər. 

Daha sonra komandalar mentrolar Orxan Əhmədov, Samir Həbibli , İlkin Əliyev, Hüseyn Hüseynzadə , Rüstəm Həsənov və digər mentroların dəstəyi ilə ideyaların ilkin prototipini və təqdimatlarını hazırlayıblar.  

Final mərhələsində yarışan komandalar ekspertlər qarşısında 5-7 dəqiqəlik təqdimatını edib. Münsiflər heyəti tərəfindən layihələr müxtəlif göstəricilər nəzərə alınaraq qiymətləndirilib.

Gərgin rəqabət şəraitində keçən yarışda qaliblər müəyyənləşib.

18 may tarixdə ADAU –da qaliblərin mükafatlandırılması mərasimi keçirilib. AİF prezidenti Osman Gündüz iki gün davam edən tədbirlərin uğurla başa çatdığını bildirib. 
Tədbirdə ADAU-nun tərbiyə işləri üzrə prorektoru, Aidə Qasımova , GDU-nun  Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə və digər çıxış edənlər çıxış edərək Startap Günləri çərçivəsində 2 gün davam edən tədbirlərin tələbələrin gələcək inkişafı üçün, universitetlərdə innovasiyalar sahəsində ənənənin fromalaşması üçün mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Daha sonra qaliblərin adları açıqlanıb

Birinci yerin qalibi Gəncə Dövlət Universitetinin tələbələrinin təqdim etdiyi “DiaDondurma” – diyetik (şəkərsiz) dondurma, ikinci yerin qalibi Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texnologiya Universiteti tələbələrinin birgə təqdim etdiyi  “E-baytar” – baytarlar üçün virtual platforma, üçüncü yerin qalibi isə GDU tələbələrinin təqdim etdiyi “Tərzini yarat” – köynəklər üzərində istəyə uyğun dizayn edilməsi layihəsi seçilib.

ADAU-nun müəllimləri Fərrux Rəhimov, İsa Şəfiyev və Elay Zeynallı “Startap Günləri” tədbirlərində uğurlu mentorluq fəaliyyətinə görə TƏŞƏKKÜRNAMƏ ilə təltif ediliblər. 

Startap Günlərinin yekun təqdimat mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin , Gəncə Universitetlərinin rəhbər şəxsləri, Azərbaycan Beynəlxalq Bankının və SİNAM şirkətinin nümayəndələri iştirak edib.

Qalib komandalar “Startap günləri”nin respublika yarışında iştirak haqqı qazanıblar, onlara diplomlar və sponsorlar tərəfindən qiymətli hədiyyələr təqdim olunub. Aktiv iştirak edən tələbələrə isə sertifikatlar təqdim edilib.

İnam Kərimov: Kənd təsərrüfatı bəşəriyyətin ilk innovasiyasıdır

Oktyabrın 8-də Bakıda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, Aqrar Elm və İnnovasiya Mərkəzinin, “Startap Azərbaycan” və...

08 Oct 2019
AgroX Müsabiqəsinin yekun təqdimat mərasimi keçirilib

Bu gün agroX müsabiqəsinin yekun təqduimat mərasimi keçirilib. Təqdimat məraismində yarımfinala qatılan 12 aqrar startap...

08 Oct 2019