Azerbaijan English

Lənkəran Dövlət Universitetində Startap Günləri keçirilib

4 -25 may tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi və “Startap Azərbaycan”ın təşkilatçılığı ilə LDU-da “Startap Günləri” keçirilib.

Xeberler.az bildirir ki, tədbirin açılış mərasimində LDU-nun prorektoru İdrak Əsgərov, Azərbaycan İnternet Forumunun prezidenti və Startap Azərbaycan Təşkilatının kordinatoru Osman Gündüz, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Səmral Əliyev çıxış ediblər.

Çıxışlarda qeyd edilib ki, “Startap günləri”nin məqsədi yeni startapların yaradılmasına təkan vermək, bu istiqamətdə tələbələrə informasiya-metodik dəstək göstərmək, internet biznes və milli startap infrastrukturunu inkişaf etdirməkdən ibarətdir.

Daha sonra tələbə və magistrlar tərəfindən biznes ideyalar irəli sürülüb.

Növbəti mərhələdə müstəqil ekpsert və mentorlar, iştirakçılar tərəfindən səsləndirilən ideyaları spesifik kriteriyalarla dəyərləndirərək ən yaxşı 6 ideyanı növbəti mərhələ üçün seçiblər.

Qaydalara uyğun olaraq, birinci mərhələnin qalib ideyaları ətrafında komandalar formalaşdırılıb və ideya üzərində çalışmağa başlayıblar.

Yarışmanın ikinci günündə “Startap Azərbaycan”dan ekspert Rəşad Əliyev və startapçı Samir Həbibbəyli tələbələrə startaplar üçün təqdimat bacarıqları və biznes plan mövzularında təlim keçiblər.

Daha sonra komandalar mentorların dəstəyi ilə ideyaların ilkin prototipini və təqdimatlarını hazırlayıblar.

Final mərhələsində yarışan komandalar ekspertlər qarşısında 5-7 dəqiqəlik təqdimatını edib. Münsiflər heyəti tərəfindən layihələr müxtəlif göstəricilər nəzərə alınaraq qiymətləndirilib.

Gərgin rəqabət şəraitində keçən yarışda qaliblər müəyyənləşib.

Aqrar sahədə innovasiyaların tətbiqini nəzərdə tutan E-toxum layihəsi yüksək bal alaraq birinci yerə layiq görülüb.

Safe driving və Books Pharfume layihələri isə müvafiq olaraq 2-ci və 3-cü yerləri qazanıblar

Startap Günlərinin yekun təqdimat mərasimində LDU rəhbərliyinin , Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin , Azərbaycan İnternet Forumunun və Startap Günlərinə dəstək verən Azərbaycan Beynəlxalq Bankının və SİNAM şirkətinin nümayəndələri iştirak edib.

Qalib komandalar “Startap günləri”nin respublika yarışında iştirak haqqı qazanıblar, onlara diplomlar və sponsorlar tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

Aktiv iştirak edən tələbələrə isə sertifikatlar təqdim edilib.

Lənkəran Dövlət Universitetində Startap Günləri keçirilib

4 -25 may tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə...

27 May 2019
Lənkəran Dövlət Universitetində Startap Günləri keçiriləcək

24-25 may tarixdə Lənkəran Dövlət Universitetində "Startap Günləri" keçiriləcək.

Xeberler.az bildirir ki, regionda olan...

22 May 2019