Azerbaijan English

agroX yarımfinalçılarına növbəti mentor dəstəyi təşkil olunacaq

 

 


 

agroX Layihəsi çərçivəsində növbəti tədbirlər 5 Sentyabr və 16 Sentyabr tarixlərdə keçiriləcək

5 Sentyabr tarixdə saat 14-də Bakıda, İNNOLAND-da və 16 Sentyabr tarixdə Gəncədə ADAU İnnovasiya Mərkəzində agroX yarımfinalçılarına növbəti mentor dəstəyi təşkil olunacaq.

Gəncə şəhərində təşkil olunan tədbirdə ancaq agroX-in Gəncədən olan komandaları iştirak edəcəklər. Mentor dəstəyi Startap Azərbaycan , İNNOLAND, Kənd Təsərrüfatı Nazirliyi və ADAU təmsilçiləri tərəfindən göstəriləcək

AgroX Müsabiqəsinə 51 layihə təqdim edilib və 12 layihə 2-ci mərhələyə keçib.
agroX Kənd Təsərrüfatı Nazilriyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin dəstəyi ilə Startap Azərbaycan tərəfindən həyata keçirilir.

Layihəyə İNNOLAND Akselerasiya Mərkəzi də dəstək verir. Müsabiqənin Mükafat Fondu 12 000 manat müəyyən olunub.

1-ci yer - 6000 manat
2- ci yer - 4000 manat
3- cü yer - 2000 manat

İnam Kərimov: Kənd təsərrüfatı bəşəriyyətin ilk innovasiyasıdır

Oktyabrın 8-də Bakıda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, Aqrar Elm və İnnovasiya Mərkəzinin, “Startap Azərbaycan” və...

08 Oct 2019
AgroX Müsabiqəsinin yekun təqdimat mərasimi keçirilib

Bu gün agroX müsabiqəsinin yekun təqduimat mərasimi keçirilib. Təqdimat məraismində yarımfinala qatılan 12 aqrar startap...

08 Oct 2019