Azerbaijan English

Adam Draper ilə virtual reallıqda təlim təşkil ediləcək

13 sentyabr saat 20:00-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti və SUP Akselerasiya Mərkəzinin məzunu Vriendly öz virtual platformasında Adam Draper və təşəbbüskarların iştirakı ilə təlim sessiyasını həyata keçirəcək.

Bu təşəbbüs dünyada akselerasiya mərkəzləri ilə startaplar arasında virtual reallıqda həyata keçirilən ilk tədbirdir. Tədbir üç hissədən ibarət olacaq:
- Təlimin əsas hissəsi (45 dəqiqə)
- Sual və cavab (15 dəq)
- Seçilmiş startaplar ilə üzbəüz sessiya (hər biri 5 dəq olmaqla)

Silikon Vadisi mühitinin dünyanın bütün ekosistemlərindən fərqli olduğu haqqında hər bir startap və investor xəbərdardır. Bunu nəzərə alaraq, təşkil olunan tədbirdə Silikon Vadisində investorlar ilə münasibətləri necə formalaşdırmaq, təşəbbüskarlarla necə işləmək və investisiyanı necə cəlb etmək məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, Adam Draper məhşur Silikon Vadisi vençur investorlarından olan milyarder Tim Draperin oğludur. O, həm də virtual reallıq sahəsində ixtisaslaşmış, bu sahə üzrə dünyanın ən güclü akselerasiya mərkəzi hesab edilən Boost VC-nin
qurucusu və icraçı direktorudur. Tədbirlə maraqlanan iştirakçılar sentyabr ayının 13-ü “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində canlı izləyə bilərlər.

StartupFest 2019 çərçivəsində DevOpsDays tədbiri təşkil olunub

22 noyabr 2019-cu il tarixində “StartupFest 2019” çərçivəsində və Azərbaycanda ilk dəfə “DevOpsDays” təşkil olunub.

ADA...

22 Nov 2019
StartupFest 2019-a start verilib

21 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar...

21 Nov 2019