Azerbaijan English

agroX yarımfinalçılarının bir qrupu ilə görüş keçirilib

Bu gün İNNOLAND -də agroX yarımfinalçılarının bir qrupu ilə görüş keçirilib.

Startapçılar yekun təqdimata hazırlaşırlar. İştirakçılar layihələrin ilkin işlək versiyalarının hazır olduğunu bildiriblər.

Yarımfinala çıxan digər startap komandaları ilə növbəti görüş 16 sentyabr tarixdə Gəncədə, ADAU İnnovasiya Mərkəzində olacaq.

agroX Müsabiqəsinin yekun təqdimat mərasimi sentyabr ayının sonunda keçiriləcək.
Hazırda Müsabiqəyə təqdim edilən 51 agro startapdan 2-ci mərhələyə keçən 12 layihə ilkin versiyaların hazırlanması üzərində işləyirlər.

agroX Kənd Təsərrüfatı Nazilriyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin dəstəyi ilə Startap Azərbaycan tərəfindən həyata keçirilir.

Layihəyə İNNOLAND Akselerasiya Mərkəzi də dəstək verir.
Müsabiqənin Mükafat Fondu 12 000 manat müəyyən olunub.
1-ci yer - 6000 manat
2- ci yer - 4000 manat
3- cü yer - 2000 manat


  •  
StartupFest 2019 çərçivəsində DevOpsDays tədbiri təşkil olunub

22 noyabr 2019-cu il tarixində “StartupFest 2019” çərçivəsində və Azərbaycanda ilk dəfə “DevOpsDays” təşkil olunub.

ADA...

22 Nov 2019
StartupFest 2019-a start verilib

21 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar...

21 Nov 2019