Azerbaijan English

agroX müsabiqəsinin yekun təqdimat mərasimi keçiriləcək

 agroX Müsabiqəsinin yekun təqdimat mərasimi 08 oktyabr tarixdə Holiday İnn Otelində baş tutacaq.

Yarımfinala çıxan 12 aqrar startapın təqdimatları və yekun qiymətləndirilməsi olacaq.

Yekun qiymətləndirmədən sonra təşkil olunacaq təqdimat mərasimində qaliblərin təqdimataları və mükafatlandırma mərasimi baş tutacaq.

Məlum olduğu kimi AgroX Müsabiqəsinə 51 layihə təqdim edilib və 12 layihə 2-ci mərhələyə keçib.

agroX Kənd Təsərrüfatı Nazilriyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin dəstəyi ilə Startap Azərbaycan tərəfindən həyata keçirilir.

Layihəyə İNNOLAND Akselerasiya Mərkəzi də dəstək verir. Müsabiqənin Mükafat Fondu 12 000 manat müəyyən olunub.
1-ci yer - 6000 manat
2- ci yer - 4000 manat
3- cü yer - 2000 manat

StartupFest 2019 çərçivəsində DevOpsDays tədbiri təşkil olunub

22 noyabr 2019-cu il tarixində “StartupFest 2019” çərçivəsində və Azərbaycanda ilk dəfə “DevOpsDays” təşkil olunub.

ADA...

22 Nov 2019
StartupFest 2019-a start verilib

21 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar...

21 Nov 2019