Azerbaijan English

StartupFest 2019 çərçivəsində DevOpsDays tədbiri təşkil olunub

22 noyabr 2019-cu il tarixində “StartupFest 2019” çərçivəsində və Azərbaycanda ilk dəfə “DevOpsDays” təşkil olunub.

ADA Universitetində reallaşdırılan tədbirdə PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimov, ADA Universitetinin dekanı Araz Yusubov çıxış ediblər.

Tədbir “devops” sahəsi ilə bağlı mövzuları əhatə edib və paralel sessiyalardan ibarət olub. Həmçinin Azərbaycan, ABŞ, Türkiyə, Niderland, Şri-Lankadan olan spikerlər müxtəlif təqdimatlar ediblər.

2009-cu ildən start götürən “DevOpsDays” proqram təminatının inkişafı, İT infrastruktur əməliyyatları və aralarındakı kəsişmə mövzularını əhatə edən dünya miqyasında bir sıra texniki konfranslardır. Hər bir tədbir yerli könüllülər tərəfindən idarə olunur.

İlk dəfə Belçikanın Gent şəhərində təşkil olunan “DevOpsDays” tədbiri il ərzində 100-dən çox şəhərdə həyata keçirilir.

26 noyabra qədər davam edəcək “StartupFest“ə “Product Hunt Meetup“, “Startup Grind Ganja“, “Fun Baku“, “DevOpsDays Baku“, “Techstars Startup Weekend Baku Fintech“, “World E-Commerce Eurasia 2019 Baku Forum“ tədbirləri daxildir. Festivalın əsas məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla regionda və Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, ekosistemin inkişafı və mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparmaq, Azərbaycanı bu istiqamətdə regional mərkəzə çevirməkdir.

Tədbirin əsas özəlliklərindən biri də startapları əhatə etməsi, özündə startaplarla bağlı problemləri və onların həll yollarını ehtiva edən 6 beynəlxalq lisenziyalı tədbiri birləşdirməsidir.

StartupFest 2019-a start verilib

21 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar...

21 Nov 2019
Startap Günlərinin yekun təqdimat mərasimi keçiriləcək

Cari ildə bir sıra universitetlərdə və təhsil müəssisələrində keçirilən Startap Günlərinin qalib komandalarının...

04 Nov 2019