Azerbaijan English

“Coca-Cola İlə Fərq Yarat” inkubasiya və akselerasiya proqramına start

Mart ayının 10-dan etibarən Coca-Cola Azərbaycan və İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı ilə “Coca-Cola İlə Fərq Yarat” inkubasiya və akselerasiya proqramı başlamışdır. Proqramın məqsədi ölkənin sərinləşdirici içki sənayesində istehlakçılar və müştərilərin ehtiyaclarını daha yaxşı təmin etmək üçün qlobal trendlərə uyğun müasir texnoloji həllər tapmaq və bunun üçün milli gənc kadrlardan yararlanmaqdır

Aprel ayının 1-ə qədər proqramda iştirak etmək üçün fərdi müraciətlər əsasında komandalar müəyyənləşəcək. Müvafiq təlimlərdən sonra 1 aprel- 26 iyun tarixləri müddətində seçilmiş komandalar aşağıdakı 4 istiqamət üzrə 4 işlək biznes prototip üzərində çalışacaqlar. Bu proses akselerasiya və inkubasiya mütəxəssislərindən ibarət Sup VC şirkəti tərəfindən həyata keçirələcək.

Biznes protiplərin hazırlanması üçün nəzərdə tutulan istiqamətlər:

I.Alıcı: Satış kanallarında istehlakçılara yönəlik yeni həllərin hazırlanması, yeni nəsil istehlakçıların müxtəlif maraq dairələrinə aid layihələrin hazırlanması və bu istiqamətli innovativ məhsulların hazırlanması.

II.Son istehlakçı: Coca-Cola məhsulları/brendləri ilə son istehlakçılar arasında əlaqəni/bağlantını gücləndirəcək innovativ həll yolların tapılması, yeni loyallıq proqramlarının, AR, VR və ya mobil tətbiq proqramlarından istifadə etməklə son istehlakçı loyallığının artırılması.

III.Tullantısız dünya: Coca-Cola şirkətinin “tullantısız dünya” sosial strategiyasına uyğun olaraq plastik qablaşdırmanın toplanması və yenidən email üçün daha effektiv yolların tapılması və təqdim edilməsi.

IV.Digər: Şirkətinin əməliyyatlarında keyfiyyət, sürət və səmərəliliyin artırılmasını təmin edəcək hər hansı bir innovativ həll yolları.

Proqrama son müraciət tarixi 29 Mart, 2020. 30-31 Mart komandamız tərəfindən seçim prosesi, 1 Aprel-26 İyun İnkubasiya və Akselerasiya prosesi davam edəcək, 27 İyun 2020 tarixində isə Demo təqdimat ilə yekunlaşacaq. Nəticə olaraq proqrama qəbul olunan komandalar proqramın sonuna qədər işlək prototipin hazırlanmasına nail olmalıdırlar.

Qeydiyyat üçün sayta giriş: http://www.sup.vc/coca-cola/

StartupFest 2019 çərçivəsində DevOpsDays tədbiri təşkil olunub

22 noyabr 2019-cu il tarixində “StartupFest 2019” çərçivəsində və Azərbaycanda ilk dəfə “DevOpsDays” təşkil olunub.

ADA...

22 Nov 2019
StartupFest 2019-a start verilib

21 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar...

21 Nov 2019