Azerbaijan English

Bakıda keçiriləcək "Teknofest" festivalının tarixi açıqlanıb

Bu ilin 26-29 may tarixlərində Bakıda “Teknofest Azərbaycan” tədbirinin keçirilməsi nəzərdə tutulur.

Startup Azerbaijan APA-ya istinadən bildirir ki, festivalın təşkilatçıları qismində Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi, “Türkiyə Texnologiya Komandası” (T3 Fondu) çıxış edir.

“Teknofest Azərbaycan” çərçivəsində 8 kateqoriya üzrə texnologiya müsabiqələri, “Smart Qarabağ” Hakatonu, “Take Off” Azərbaycan Startap Sammiti və “Rocket League” video oyunu üzrə Avropa Kiber İdman Kuboku təşkil olunacaq. Tədbirin sərgi hissəsində tərəfdaş qurumların məhsul və həllərinin, eləcə də gənclərin hazırladıqları prototiplərin və STEM layihələrin nümayiş olunması, açıq səma altındakı statik ərazidə isə pilotsuz uçuş aparatları və vertolyotların sərgilənməsi nəzərdə tutulur.

Festival çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin “Türk Ulduzları” və “Solo Türk” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları təşkil olunacaq.

Selçuk Bayraktar Azərbaycana çağırış edib
Azərbaycanda “Texnofest” festivalı 26-29 may tarixlərində keçiriləcək. Startup.az xəbər verir ki, Türkiyənin “Baykar...
16 Jan 2022
"Azercell Hackathon 2022" müsabiqəsinə qeydiyyat başlayıb

“Azercell Telekom” MMC-nin təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək “Hackathon 2022”-nin qeydiyyatına start verilib....

12 Jan 2022