Azerbaijan English

“Take Off Baku” Startap Sammitinin qalibləri müəyyənləşdi

Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə 26 – 29 mayda Bakıda ilk dəfə olaraq keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində “Take Off Baku” Startap Sammitinin qalibləri məlum olub.

Startup.az bildirir ki, münsiflər heyətinin qiymətləndirməsinə əsasən, 50 iştirakçıdan 25 startap final mərhələsinə keçid alıb. Startaplar pitçinq, innovativlik, müştəri yönümlülük, rəqabətədavamlılıq, məhsul təklifi, kommersiyalaşdırılma potensialı və komanda səriştəliliyinə görə qiymətləndirmə prosesindən keçiblər.

Finala vəsiqə qazanmış 25 startapdan 14-ü Azərbaycanı, 4-ü Türkiyəni, 3-ü ABŞ-ı, 1-i Misiri, 1-i Pakistanı, 1-i Argentinanı, 1-i Estoniyanı təmsil edib.

“Take Off Baku” Startap Sammitinin qalibi 1-ci yer üzrə ABŞ-ın “Resepta” startapı (layihənin adı: elektron qəbzlərin yaradılması sistemi), 2-ci yer üzrə Azərbaycanın “E-Point” startapı (layihənin adı: Fintech, ödəniş sisteminin inteqrasiyası texnologiyası), 3-cü yer üzrə Türkiyənin “Co-Print” startapı (layihənin adı: 3D texnologiyası) olub.

 

Azərbaycanda dronların qeydiyyatı ilə bağlı qaydalar hazırlanıb

"Azərbaycanda aviasiya haqqında" Qanun layihəsinin işlənilməsi tamamlanıb və burada hətta dronların qeydiyyatı ilə bağlı...

14 Jun 2022
ABŞ şirkəti: "Azərbaycanda pullu insan çoxdur"

"Azərbaycanda pullu insan çox olsa da startaplara vəsait yatıran təəssüf ki, azdır"

Startup.az bildirir ki, bunu innovasiya...

14 Jun 2022