Azerbaijan English

“Ecofirendly” komandası "Teknofest"də III yerə layiq görülüb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin innovativ layihəsi olan EnterpriseAzerbaijan.com portalı "Teknofest Azərbaycan 2022"-də "Yaşıl texnologiyalar" müsabiqəsi üzrə "Ecoprint" layihəsi ilə təmsil olunub.

Startup.az bildirir ki, 26-29 may tarixlərində Azərbaycan, Türkiyə və Avropa ölkələrinin startap komandalarının təmsil olunduğu beynəlxalq festivalda EnterpriseAzerbaijan.com portalının “Ecofirendly” komandası "Yaşıl texnologiyalar" müsabiqəsi üzrə III yerə laiq görülüb. Bu "Ecoprint" layihəsinin 5-ci beynəlxalq yarışda qazandığı uğurdur.

EnterpriseAzerbaijan.com portalının rəhbəri Mətanət Musayevanın mentorluğu iə komanda Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev, "TEKNOFEST" İdarə Heyətinin sədri və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar və Türkiyə Respublikasının Sənaye və Texnologiya nazirinin müavini Mehmet Fatih Kacır tərəfindən təltif edilib.

Azərbaycanda dronların qeydiyyatı ilə bağlı qaydalar hazırlanıb

"Azərbaycanda aviasiya haqqında" Qanun layihəsinin işlənilməsi tamamlanıb və burada hətta dronların qeydiyyatı ilə bağlı...

14 Jun 2022
ABŞ şirkəti: "Azərbaycanda pullu insan çoxdur"

"Azərbaycanda pullu insan çox olsa da startaplara vəsait yatıran təəssüf ki, azdır"

Startup.az bildirir ki, bunu innovasiya...

14 Jun 2022