Azerbaijan English

ABŞ şirkəti: "Azərbaycanda pullu insan çoxdur"

"Azərbaycanda pullu insan çox olsa da startaplara vəsait yatıran təəssüf ki, azdır"

Startup.az bildirir ki, bunu innovasiya ekosistemi nümayəndələri ilə görüşdə çıxış edən ABŞ-ın “Technovate İnvestments”i şirkətinin qurucusu Fərid İsmayılzadə deyib.

F.İsmayılzadənin sözlərinə görə, yaratdıqları "Angel" klubu Azərbaycan, Gürcüstan və Mərkəzi Asiyadan olan startaplara investisyalar yatırıb:

"Bu vaxta qədər startaplara 250 min ABŞ dolları məbləğində investisiya yatırmışıq. Amma hazırda dəstklədiyimiz startapların dəyəri 23 milyon ABŞ dollarına çatıb".

F.İsmayılzadə qeyd edib ki, sentyabrda Azərbaycandan olan startapların ABŞ-dakı Silikon Vadisinə səfəri təşkil olunacaq.

Azərbaycanda dronların qeydiyyatı ilə bağlı qaydalar hazırlanıb

"Azərbaycanda aviasiya haqqında" Qanun layihəsinin işlənilməsi tamamlanıb və burada hətta dronların qeydiyyatı ilə bağlı...

14 Jun 2022
Azərbaycanda Vençur Kapital Fondu yaradılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və ‘’Technovate-Sabah Mələk...

14 Jun 2022