Azerbaijan English

Seedstars World-də Azərbaycanı hansı startap təmsil edəcək?-Foto

Azercell  Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Seedstars World müsabiqəsinin qalibi bəlli olub.

Xeberler.az-ın məlumatına görə, dünən PAŞA Bank və ABŞ səfirliyinin dəstəyi ilə ADA Universitetində 5-ci dəfə azərbaycanlı startaplar arasında Seedstars World müsabiqəsinin yerli seçimləri baş tutub.

Azərbaycanın 10 ən yaxşı startapının mübarizə apardığı müsabiqədə Baramanın “Wake me up” layihəsi qalib gəlib.

Qeyd edək ki, layihənin iştirakçıları SABAH qrupları tələbələridir.

“Wake me up” 2018-ci ilin aprel ayında İsveçrədə keçiriləcək  Seedstars Sammitində ölkəni təmsil etmək və 1 milyon ABŞ dolları həcmində investisiya qazanmaq uğrunda mübarizə aparacaq.

Bu layihəyə əsasən, 4 gənc mühəndis, işdə yatan işçinin bu barədə xəbərdar olmasına imkan verən sistem üzərində çalışır. Xüsusi ötürücü, eynəyə bərkidilir. Daha sonra sistem, göz qırpması zaman göz qapaqlarının yumulmasının vaxt periodunu analiz edir. Beləliklə sistem nəticəyə gəlir ki, şəxs yatmaq üzrədir. Hazırda komanda artıq cihazın prototipini hazır edib və əgər hər şey yolunda gedərsə, onda təhlükəli işlərdə çalışan şəxslərin və bir çox sürücülərin həyatlarını xilas etmək mümkün olacaq. 

Yerli seçim mərhələsində 2-ci və 3-cü yerin qalibləri "TechSos" və "Buglance" olub.

Onu da xatırladaq ki, bundan öncə Azərbaycanı Seedstars World-də Kvotter layihəsi təmsil edib.

AppLab-ın məzunlarından yeni nəsil reklam aləti

Bakcell şirkəti ölkənin gənc və istedadlı developerlərinə dəstək göstərmək üçün genişmiqyaslı AppLab inkubasiya...

26 Apr 2018
Tanınmış iş adamı Bakıya gəlir

Türkiyənin tanınmış iş adamı, yazar Ataman Özbay Bakıya gəlir.

Xeberler.az-ın məlumatına görə, mayın 9-da A. Özbay...

19 Apr 2018