Azerbaijan English

Yeni Fikir müsabiqəsinin qalibləri açıqlanacaq

Məlumat verdiyimiz kimi, Yeni Fikir startap müsabiqəsində 148 startap layihəsi iştirak edib ki, onlardan 35-i yarımfinala vəsiqə qazanıb.

May ayının 26-da Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkında (AMEA YTP) keçirilən yarımfinal mərhələdə 35 layihədən 11-i finala vəsiqə qazandı.

Müsabiqənin Təşkilat Komitəsindən Startup.a-a verilən məlumata görə, iyunun 9-da isə , müsabiqənin final mərhələsi (saat 10:00-12:40) keçiriləcək.

Finalın nəticələrinə görə 5 layihə qalib seçiləcək ki, həmin qaliblərə - 1-ci yerə AMEA YTP tərəfindən 10000 manat, 2-ci yerə Azedunet  şirkəti tərəfindən 5000 manat, 3-cü yerə Enginet şirkəti tərəfindən 2500 manat pul mükafatları veriləcək.

Bundan başqa, qaliblərə Silikon Vadisinə (ABŞ/SanFransisko) gediş-gəliş avia bilet (Baku Holiday Travel turizm şirkəti tərəfindən) və digər mükafatlar veriləcək.

Yeni Fikir 2017  startap müsabiqəsinin final (saat 10:00-12:40) və mükafatlandırma (saat 15:00-16:30) mərasimləri 2017-ci il iyunun 9-da Bakı Mühəndislik Universitetində keçiriləcək.

Final və mükafatlandırma mərasimlərində arzu edən və maraqlanan hər kəs iştirak edə bilər.

Daha ətraflı məlumat: http://yenifikir.az/az/pages/Mukafatlar-26.html

Startup.az

 

4-cü Barama İnkubasiya Proqramı üzrə qalib layihələr bəlli olub

“Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin öz ideyalarını biznesə çevirmək və uğurlu karyera...

16 Apr 2019
Peşə Təhsil Mərkəzində Startap Günləri keçiriləcək

19 -20 aprel tarixlərdə Turizm və Sosial Xidmətlər üzrə Peşə Təhsil Mərkəzində Startap Günləri...

15 Apr 2019