Azerbaijan English

ADA Universitetində Startap və İnkubasiya Mərkəzi yaradılır

ADA Universitetində yeni Startap və  İnkubasiya Mərkəzinin yaradılması istiqamətində işlərə başlanıb.

Startup.az Xeberler.az-a istinadən məlumat verir ki, bir müddətdir universitet daxilində yeni mərkəzin yaradılması ilə bağlı fəaliyyətlər gücləndirilib.

Tələbələrin yeni innovativ layihələrinə dəstək məqsədi daşıyan  mərkəzin stratergiyasının hazırlanıb, qurulmasında  xarici mütəxəssislərin təcrübəsindən faydalanılır. Belə ki, Cənubi Koreyadan olan mütəxəssis və universitetin öz yerli İT mütəxəssisləri ilə müəyyən işlər həyata keçirilib.

Məlumatımıza görə, mərkəzin yaradılması ilə bağlı hələlik rəsmi qərar olmasa da, universitet rəhbərliyi də bu məsələyə xüsusi diqqət ayırır.

Hətta universitet daxilində ADA Startap Günü və ilk dəfə olaraq ideyaların müsabiqəsi də təşkil edilib  Müsabiqədə 20-yə yaxın komanda öz fikirlərini paylaşıb və yarışa qatılıb. Onlardan 3 komanda qalib seçilib.

Məlumatlardan da göründüyü ki, universitet daxilində bu istiqamətdə xeyli işlər görülüb.

Bunlardan belə nəticəyə gəlmək olar ki, artıq ADA Universitetində də rəsmi olaraq Startap və İnkubasiya Mərkəzi fəaliyyətə başlayacaq.

Yaxın vaxtda  Xeberler.az-ın ADA Universitetində fəaliyyət göstərən koreyalı mütəxəssis Simon ( Soon Hyun) Rhee müsahibəsi də yayımlanacaq.

Startup.az

 

 

AppLab proqramı üçün 32 startap yarışır

Bakcell şirkəti AppLab proqramında iştirak etmək üçün müraciətlərin qeydiyyatını başa çatdırıb.

2017-ci ilin 15 dekabr...

22 Jan 2018
Azərbaycanın yeni peykinin görüntüsü

Azərbaycanın sayca üçüncü, təyinatına görə ikinci telekommunikasiya peyki Azerspace-2-nin 2018-ci ilin aprel ayında Fransanın...

17 Jan 2018