Azerbaijan English

Yeni Fikir 2017-nin qalibləri açıqlandı-Foto

Dünən Yeni Fikir 2017 startap müsabiqəsinin final mərhələsi və mükafatlandırma mərasimi keçirilib.

Yeni Fikir 2017 Müsabiqəsi Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Gənclər və İdman Nazirliyi və bir sıra şirkətlərin dəstəyi ilə həyata keçirilir.

Startup.az-ın məlumatına görə, Bakı Mühəndislik Universitetinin təşkilatçılığı və Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının (AMEA YTP) əsas tərəfdaşlığı ilə reallaşdırılan Yeni Fikir 2017 startap müsabiqəsi final mərhələsi keçirilib.

Final mərhələsində Təhsil Nazirinin müavini Ceyhun Bayramov, AMEA-nın Yüksək Texnologiyalar Parkının direktoru Vüqar Babayev, nazirlik nümayəndələri, millət vəkilləri, universitet rektorları və şirkət nümayəndələri iştirak edib.

Təhsil Nazirinin müavini Ceyhun Bayramov təqdim olunan layihələrin fərqli istiqamətlərdə olmasını sevindirici hal kimi qiymətləndirib.  

Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov Yeni Fikir Layihəsinin zəhmət və ədalət tələb edən bir layihə olduğunu diqqətə çatdırıb.

AMEA-nın YTP-nin direktoru Vüqar Babayev BMU ilə əməkdaşlıq müqaviləsi bağladıqlarını və az müddətdə birgə belə bir möhtəşəm tədbir keçirdiklərini bildirib.  

ADNSU-nin rektoru, professor Mustafa Babanlı vurğulayıb ki, ölkəmizdə kreativ gənclik yetişir:

“Cəmiyyətə diplomlu mütəxəsislərlə yanaşı sahibkarlar da lazımdır. Dövlətimizin yaratdığı şəraitin nəticəsidir ki, gənclərimiz fərqli düşünür və fərqli layihələr ərsəyə gətirirlər. Startaplara xidmət edənlər Azərbaycanın gələcəyinə xidmət edirlər”.

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov bildirib ki, dünyada ənənəvi iqtisadiyyatı biliklərə əsaslanan iqtisadiyyat əvəzləyir:

“Bu da startapların nə qədər əhəmiyyətli olduğunu göstərir. Bizim fond da startapları dəstəkləyir və maliyyələşdirir. Bu layihədə də dəyərli layihələr təqdim olundu. Ölkəmizdə bu sahənin inkişafı üçün də hərtərəfli şərait yaradılır”.

Daha sonra qaliblərin adı açıqlanaraq, mükafatlandırılıb.

Qaliblərin siyahısı:

1-ci yer :NewTimeBox- Cloud Engine

2-ci yer: HypoLife

3-cü yer: Mühasiblər üçün Trenajor

4-cü yer: Onlayn radiasiya xəbərdaredici

5-ci yer: Braille Teach

Mükafatlandırma mərasimində 1-ci yerə layiq görülən komandaya müsabiqənin baş sponsoru olaraq AMEA YTP tərəfindən 10000 manat pul mükafatı təqdim edilib. 2-ci və 3-cü yer sahiblərinə isə müsabiqəyə tərəfdaş olan bir sıra özəl şirkətlər tərəfindən 5000 manat və 2500 manat pul mükafatı verilib.

Bundan əlavə, qaliblər Silikon Vadisinə (ABŞ/SanFransisko) gediş-gəliş üçün avia bilet və digər müxtəlif mükafatlara layiq görülüblər.

Müsabiqədə qalib gələn layihələr ilkin maliyyə dəstəyi, inkubasiya və akselerasiya xidmətləri ilə dəstəklənir.

 Bu il 148 startap layihənin iştirak etdiyi müsabiqədə 11 komanda finala vəsiqə qazanıb.

Startup.az

7 sətirlik kod yazdı, dünyanın ən gənc milyarderi oldu

2011-ci ildə 27 yaşlı irlandiyalı sahibkar John Collison Stripe adlı  internet ödəniş sistemi qurdu. Bununla da o, dünyanın ən...

21 Nov 2017
3D oyunlarla bağlı təlimlər başladı

“Hackathon Azerbaijan” layihəsi çərçivəsində həyata keçirilən Game Jam müsabiqəsinin qeydiyyat mərhələsi...

21 Nov 2017