Azerbaijan English

Qrant müsabiqəsində neçə layihə mübarizə aparacaq?

Məlumat verdiyimiz kimi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi növbəti qrant müsabiqəsinə layihələrin qəbulu başa çatıb.

Müsabiqə çərçivəsində Fondun rəsmi internet səhifəsində (www.ictfund.gov.az) qeydiyyatdan keçməklə elektron qaydada 172 layihə təqdim edilib.

Bu barədə Startup.az--a  NRYT-dən məlumat verilib.

Müsabiqəyə layihələrin qəbulu aşağıdakı prioritet istiqamətlər üzrə aparılıb:

-Mütərəqqi proqram təminatının hazırlanması;

-İnnovativ İKT məhsulları nümunələrinin hazırlanması;

-İnnovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması;

-Müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması;

-İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı.

Müsabiqəyə təqdim olunmuş layihələrin prioritet istiqamətlər üzrə bölgüsü müvafiq olaraq 20, 71, 23, 22 və 36 (cəmi 172) olub.

Qrant müsabiqələri çərçivəsində layihələr 2 mərhələdə qiymətləndirilir. Birinci mərhələdə 15 iş günü müddətində müsabiqəyə təqdim olunan layihələrin ilkin ekspertizası aparılır. İkinci mərhələdə isə ilkin ekspertiza mərhələsindən keçmiş layihələr 20 iş günü müddətində müstəqil ekspertlər tərəfindən kompleks ekspertizadan keçirilir. Kompleks ekspertizanın nəticəsində müsbət rəy almış layihələr yekun qərarın qəbul edilməsi üçün Fondun Müşahidə Şurasına təqdim edilir.

Qeyd edək ki, qrant müsabiqəsi çərçivəsində layihələrin qəbulu  aprelin 10-dan iyunun 9-na qədər davam edib.İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun əsas məqsədi İKT sahəsində dövlət siyasətinin həyata keçirilməsinə yardım etmək, innovativ sahibkarlıq fəaliyyətini dəstəkləmək, intellektual biznes, innovasiya və elmi tədqiqat layihələrini stimullaşdırmaq, müasir infrastrukturun inkişafına təkan vermək, kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək, bu sahəyə yerli və xarici investisiyaları cəlb etməkdən ibarətdir.

Startup.az

AppLab proqramı üçün 32 startap yarışır

Bakcell şirkəti AppLab proqramında iştirak etmək üçün müraciətlərin qeydiyyatını başa çatdırıb.

2017-ci ilin 15 dekabr...

22 Jan 2018
Azərbaycanın yeni peykinin görüntüsü

Azərbaycanın sayca üçüncü, təyinatına görə ikinci telekommunikasiya peyki Azerspace-2-nin 2018-ci ilin aprel ayında Fransanın...

17 Jan 2018