Azerbaijan English

Uber-in CEO-su istefa verdi

Son dövrlər Uber üçün işlər yolunda  getmir. Belə ki, beynəlxalq texnologiya şirkətinin fəaliyyətində bəzi problemlər müşahidə edilir.

Bir müddət öncə məlumat verdildiyi kimi, şirkətin təsisçisi və icraçı direktoru (CEO) Travis Kalanick Uber-dəki fəaliyyətinə ara verdiyini işçilərə məktub yazaraq bildirmişdi.

Məlumatlara görə, Travis Kalanick şikətdəki vəzifəsindən istefa verib.

Kalanick-in şirkətdən ayrılmağına isə Uber-in kritik sərmayəçiləri səbə olub. Bunların başında da Benchmark, Fidelity və Menlo Ventures gəlir. New York Times-ın xəbərinə görə, şirkətlər Kalanick-ə "Moving Uber Forward" (Uber-i irəliyə daşımaq) başlıqlı bir məktub göndərib.

Məktubda Kalanick-dən dərhal şirkətdəki vəzifəsini buraxması və Uber rəhbərliyindəki üç boş kreslodan ikisinə də "həqiqətən müstəqil üzvlər" təyin edilməsi tələb edilib.

Kalanick isə Uber idarə heyəti üzvləriylə danışdıqdan və investorlarla uzun mübahisə etdikdən sonra istefa verməyi qəbul edib.

Startup.az

Selçuk Bayraktar Azərbaycana çağırış edib
Azərbaycanda “Texnofest” festivalı 26-29 may tarixlərində keçiriləcək. Startup.az xəbər verir ki, Türkiyənin “Baykar...
16 Jan 2022
"Azercell Hackathon 2022" müsabiqəsinə qeydiyyat başlayıb

“Azercell Telekom” MMC-nin təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək “Hackathon 2022”-nin qeydiyyatına start verilib....

12 Jan 2022