Azerbaijan English

Sabah brend sahibləri ilə influencer-lər görüşəcək

Məlumat verdiyimiz kimi, sabah Bakıda ilk dəfə Influencer marketinqlə bağlı böyük tədbir keçiriləcək.

Xeberler.az-ın məlumatına görə, tədbir brendləri influencer-lərlə qovuşdurmaq məqsədi daşıyır.

Influencer Day-də Azərbaycanda yaradılan Keepface plaatforması təqdim ediləcək.

Qeyd edək ki, Keepface baş ofisi Dubayda yerləşən Orta Asiya və Yaxın Şərq regionunda influencer marketinq xidmətləri göstərən Azərbaycan startapıdır.  

Layihə sektordan yaxından tanıdığımız Elşad Yusifli və Vaqif Abbasov tərəfindən yaradılıb.

Tədbirdə 200 nəfər xüsusi dəvət olunmuş top  influencer, brend sahibləri, marketinq, PR mütəxəssisləri və media nümayəndələrin iştirakı gözlənilir.

Xeberler.az regionda ilk dəfə keçiriləcək Influencer Day-in media dəstəkçisidir.

Influencer marketinq barədə daha ətraflı burada.

Tədbirin təşkilatçısı Keepface DMCC, baş sponsoru Dreamland Baku Golf Villas & Residences-dir. Tədbirin digər sponsorları Bakcell, Chelebi, Hooki Cafe, AzGranata, Vitam və Trade Mark Leo Burnett şirkətləridir

Tanınmış iş adamı Bakıya gəlir

Türkiyənin tanınmış iş adamı, yazar Ataman Özbay Bakıya gəlir.

Xeberler.az-ın məlumatına görə, mayın 9-da A. Özbay...

19 Apr 2018
Azərbaycanlı startap Seedstars-ın finalında

Azercell Telekom və PAŞA Bankın  dəstəyi ilə fəaliyyət göstərən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin...

17 Apr 2018