Azerbaijan English

Bakutel-də iştirak edəcək startaplar -Siyahı

Məlumat verdiyimiz kimi, 5-8 dekabr tarixlərində Bakı şəhərində 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Bakutel 2017 Sərgi-Konfransı keçiriləcək.

Hər il Bakutel sərgisində çox sayda xarici və yerli şirkətlər öz yeni məhsullarını təqdim edir.

Son dövrlər startapların sərgidə iştirakında aktivlik müşahidə edilir. Belə ki, bu sahəyə dəstək göstərən mərkəzlər startapların Bakutel-də iştirakına dəstək göstərir.

Həmin qurumlardan biri də Bakcell şirkətinin tərkibində fəaliyyət göstərən AppLab Mobil Developer İnnovasiya Mərkəzidir.

Bu layihənin məqsədi sahibkarların və proqram tərtibatçılarının öz ideyalarını daha sürətlə həyata keçirməsinə və Azərbaycan və beynəlxalq bazarlar üçün istifadəyə tam hazır mütərəqqi mobil tətbiqetmələr yaratmalarına kömək etməkdir.

AppLab hər il layihələrin mərkəzi qəbulu üçün müsabiqələr elan edir.

Mərkəzə sonuncu qəbul may ayında həyata keçirilib və hazırda AppLab-da 7 startap layihəsi fəaliyyətini davam etdirir.

Bu barədə Xeberler.az-a  Bakcell şirkətindən məlumat verilib.

Bu startaplar aşağdakılardır:


1. Blutu

2. Mango

3. ARZoom

4. Cinemania.az

5. MoodMusic

6. BuilDay

7. Buket.al

 Qeyd edilib ki, həmin startaplardan 4-ü  Bakcell şirkətinin Bakutel sərgisindəki  stendindində öz  məhsullarını təqdim edəcək.

Bu il Yüksək Texnologiyalar Parkı da startapları ilə sərgidə geniş formatda  iştirak edəcək. Belə ki, Bakutel-də ötən il olduğu kimi YTP-ın ayrıca stendi olacaq.

YTP-dan Xeberler.az-a verilən məlumata görə, bu stenddə 20-yə yaxın startap öz məhsulunu təqdim edəcək.

Həmin startaplar aşağdakılardır:

1. Omarov's Game Studio

 2. Yüksəklik

3. Pazl Xalça

4. Spinal 

5.Mühasiblər üçün Trenajor

6. Tabletka.az

7. Run2Help

8. MyExcelWorld

9. myBaku Guide

10. VeloKuryer

11. BuilDay

 12. İRS Cizgi

 13. YolGet

14. ObaNatur

15. Sumaks Technologies

 16. Seattip

 17. Wand

18. Smart Keyboard

19. MedNot

20. Healthy Living Support

 

Startapçı həyatından bir gün

Azercell-in Barama Mərkəzi Gəncədəki startapçı gənclərə dəstəyini davam etdirir Azercell Telekom MMC-nin Barama İnnovasiya...

12 Oct 2018
Kiber idman turnirinə qeydiyyat başlanır

Bu gündən etibarən İnnovasiya həftəsi çərçivəsində təşkil ediləcək “Baku Open Cyber Cup” kiber idman turnirinə qeydiyyat...

11 Oct 2018