Azerbaijan English

Proqramçılar üçün yarış elan edilib

Azercell  və PAŞA Bank-ın dəstəyi, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və ADA Universitetinin təşkilatçılığı ilə gənc proqramçılar üçün təlim və yarış xarakterli "Barama FinTech Hackathon 2017 Mobile App" layihəsinə start verilib. 

Azercell-dən Xeberler.az-a daxil olan məlumata görə, artıq ölkədə 4-cü dəfə təşkil olunan "Barama FinTech Hackathon 2017 Mobile App" layihəsi mobil developerlərin 36 saat ərzində yatmadan fasiləsiz yeni mobil tətbiqetmə hazırlamasını özündə ehtiva edən yarışmadır.

Bu layihənin əsas məqsədi ölkədə informasiya texnologiyaları sahəsinə olan marağı artırmaq və bu sahədə olan istedadlı insanların bacarıqlarını göstərməsinə şərait yaratmaqdır. Bununla yanaşı, keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da, proqramçıların öz aralarında rəqabət şəraitində biliklərini yoxlama və yeni biliklər qazanmalarına şərait yaratmaq da layihənin əsas məqsədlərindəndir.

15 yaşından yuxarı və texniki biliklərə malik olan hər kəs oktyabrın 25-dək qeydiyyatdan keçib (www.hackathon.barama.az) bu yarışmada iştirak edə bilər.

İlk yeri tutan komandaya 1500 manat, II yeri tutan komandaya 750 manat, III yeri tutan komandaya 450 manat dəyərində hədiyyələr təqdim olunacaq.

Startup.az

Startap Günləri başa çatdı-Qaliblər açıqlandı

Qərbi Kaspi Universitetində 2 gündür davam edən Startap Günləri bu gün başa çatıb.

Xeberler.az bildirir ki, dünən tədbirin...

24 Feb 2018
Startap Günləri başa çatdı-Qaliblər açıqlandı

Qərbi Kaspi Universitetində 2 gündür davam edən Startap Günləri bu gün başa çatıb.

Xeberler.az bildirir ki, dünən tədbirin...

24 Feb 2018